Sağlamlıq
Saçların ağarmasına səbəb nədir?
Saçların erkən ağarmasının səbəbləri stress, pis ekologiya və müəyyən elementlərin çatışmazlığı ola bilər.
Publika.az xəbər verir ki, bu barədə "Gazeta.ru"ya kardioloq Marina Fleqontova danışıb.
O, xəbərdarlıq edib ki, 25-30 yaşda başlayan saç ağarmasını erkən yaşlanma adlandırmaq olar. Bu prosesin mexanizmi saç follikullarında melanin piqmentinin səviyyəsini aşağı salmaqdır.
"Ağ saçların əsas səbəbi oksidləşdirici stressdir, antioksidant müdafiə sisteminə artan yük və ya bu sistemin tükənməsi nəticəsində bədəndə sərbəst radikallar yığılmağa başlayır. Buna səbəb olan amillər arasında yuxusuzluq, narahatlıq, stress, kompüter və digər texniki cizahlardan yayılan radiasiya, pis ekologiya, qidalanma və pis vərdişlər də gəlir. Eyni zamanda, oksidləşdirici stress müxtəlif xroniki xəstəliklərin, aterosklerozun, hipertoniyanın və uzun müddət ərzində ürəyin işemik xəstəliklərinin, miokard infarktı, insult, beyində degenerativ proseslərin əmələ gəlməsində mühüm rol oynayır.
Erkən saç ağarmasının digər mühüm səbəbi otoimmün tiroidit və hipotiroidizm adlanır. Bu, həm də nəzarətsiz oksidləşdirici stressin xəbərçisi ola bilər. Hipotireozun korreksiyası ağ saçlara qarşı mübarizədə zəruri amildir, həmçinin dəmir, sink, mis, selen, kalsium; B vitaminləri: B6, B9, B12; amin turşuları: tirozin , fenilalanin kimi mikroelementlərin səviyyəsinə nəzarət etmək lazımdır", - deyə həkim vurğulayıb.
Aytən Məftun
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


