Sağlamlıq
Məşhur həkimdən sürətli və sağlam arıqlamağın sirri
Bəziləri arıqlamaq üçün qaçış trenajorunun üstündə özünü "öldürür". Bilin ki, qaçış aparatı əslində kalori itirmək üçün deyil.
Publika.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq, həkim Şahin Məmmədov deyib. Sağlam həyat və uzunömürlülüyn sirləri barədə mütəmadi olaraq faydalı məsləhətlər verən həkim qaçış aparatlarının arıqlamağa təsiri barədə gizli funksiyasını açıqlayıb:
"Onun üstündə çoxlu qaçsanız, maksimum 150 -200 kkal itirərsiz. Ən gərgin məşqlə, lap olsun 300 kkal. Lakin evə gəlib adi bir stəkan təzə meyvə şirəsi içsəniz, itirdiyiniz enerjini asanlıqla geri alacaqsız. Yəni qaçış darojkası və digər kardio alətlərinin əsl faydası başqadır.

Siz əslində pəhriz ilə arıqlayırsız. Pəhriz saxladıqda ilk ay yaxşı çəki itirirsiz, sonrakı aylar arıqlama dayanır. Buna səbəb metabolizm sürətinin aşağı düşməsidir. Metabolizm sürəti zəiflədisə, arıqlama davam etmiyəcək. Qaçış aparatı və digər fiziki aktivliyin burda gördüyü əsas iş odur ki, metabolizmi sürətləndirirlər. Pəhrizin zəiflətdiyi metabolizmi artırırlar".
Şahin Məmmədova əlavə edib ki, həftədə cəmi 2, maksimum 3 dəfə, hər dəfə cəmi yarım saat kardio tam kifayət edir.
"Maddələr mübadiləsinin sürətini aşağı düşməyə qoymaması üçün bu, kifayətdir. Qaçış aparatında saatlarla vaxt keçirməyə, özünüzü həddən artıq yormağa, özünüzü həlak etməyə qətiyyən ehtiyac yoxdur" , - həkim sonda bildirib.
Aytən Məftun
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?



























.jpg)
.jpg)






