Sağlamlıq
Ürəyi 10 yaş cavanlaşdıran GEN TAPILDI
Uzunömürlülərdə qocalma əleyhinə tapılan gen ürəyin bioloji yaşını 10 il azaldır.
Publika.az xəbər verir ki, bu barədə Bristol Universiteti və İtaliyanın MultiMedica Group tibb təşkilatının alimləri məlumat verib. Tədqiqatın nəticələri "Cardiovascular Research" jurnalında dərc olunub.
Siçan modelindən istifadə edilən təcrübələr göstərib ki, uzunömürlülərdə aşkar edilən mutant genin bir dəfə vurulması orta yaşlı heyvanlarda ürək funksiyasının pisləşməsini dayandırır. Yaşlı gəmiricilərə gen daxil edildikdə, ürəyin bioloji saatı 10 insan ilinə geri çəkilib ki, bu da ürəyin fəaliyyətinin bərpası və miokard perfuziyasının yaxşılaşması ilə müşahidə olunub.
Bu, BPIFB4 geninin uzunömürlülük (LAV) ilə əlaqəli bir variantıdır, onun daşıyıcıları daha uzun ömürlüdür və ürək-damar ağırlaşmaları riski daha azdır.
Milanda "MultiMedica" qrupunun tədqiqatçıları bu geni ağır ürək xəstəliyi olan yaşlı xəstələrin ürək hüceyrələrinə yeridib və sonra onların funksiyasını sağlam ürək hüceyrələrinin funksiyası ilə müqayisə ediblər. Nəticədə, ürək çatışmazlığı olan yaşlı xəstələrdə yeni qan damarların meydana gəlməsində iştirak edən hüceyrələrin normal fəaliyyətini bərpa etdiyi üzə çıxıb.
Aytən Məftun
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO



































