Sağlamlıq
İşdə yorğun olursunuzsa, bunları edin
İş zamanı göz qapaqlarınız ağırlaşır? Yorğunluq hiss edirsiniz? Yatmaq istəyirsiniz? Bu enerjinizin azaldığının göstəricisidir.
Publika.az Türkiyə mətbuatına istinadən yorğunluqdan cəmi 10 dəqiqədə qurtulmağın yollarını açıqlayacaq.
1. Səhər yeməyindən imtina etməyin
Nə qədər iştahsız olsanız belə, səhər yeməyini atlamayın. Xüsusuilə də, proteyin qəbulu sizi uzun müddət tox tutacaq və yorğunluğunuzun qarşısını alacaq. Ağ çörək, meyvə suyu, ağ undan hazırlanmış şirniyyatları səhər qəbul etməyin. Bu insulin dirəncinizi pozaraq gün ərzində yorğun qalmağınıza səbəb olacaq.
2. Qanınızı "hərəkətləndirin"
Xüsusuilə də, oturaq işdə çalışanlar yorğunluqdan şikayət edir. Yerinizdən qalxıb 5-10 dəqiqə gəzmək və ya nəfəs hərəkətləri sizi özünüzə gətirəcək.
3. Çərəzlərlə "dost" olun
Çərəzləri, xüsusilə də maqnezium və fol turşusu ilə zəngin badam, fıstıq enerjinizi bərpa edəcək və tez acmağınızı əngəlləyəcək.
4. Suyu yanınızdan ayırmayın
Əksər hallarda yorğunluğun tək səbəbi bədənin susuz qalmasıdır. Gün ərzində 2 litr su içməyə vərdiş edin.
5. Çantanızda darçın çubuğu və nanə yağı saxlayın
Bu bitkilərin əhval ruhiyyəni artırdığı sübut edilib. Yorğun hiss etdiyiniz zaman darçın çubuğu qoxlasanız və ya nanə yağı ilə biləklərinizi ovsanız fərqi hiss edəcəksiniz. (axşam.az)
-
Magazin216:0513 min manatlıq çanta ilə poza verdi - FOTO
-
Region15:47Paşinyan: "Mən Ermənistanı Avropa İttifaqının tərkibində görürəm!"
-
Avropa15:30Kiyev şokda: Bolqarıstan daha Ukraynaya silah tədarük etməyəcək
-
Hadisə14:38Ordubadda qəzaya düşən deputatın vəziyyəti açıqlandı
-
Ekologiya13:09Sabahın hava proqnozu açıqlandı
-
Avropa12:57Qara dənizə ABŞ kəşfiyyat təyyarəsi qaldırıldı
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA




























.png)








