Sağlamlıq
Alma sirkəsi arıqladır, yoxsa sadəcə rəvayətdir?
Alma sirkəsinin arıqlatmağa dair təsiri elmi cəhətdən sübut olunmayıb.
Publika.az xəbər verir ki, bu barədə diyetoloq Liza Afinskaya teleqram kanalında yazıb.
O, elmi dərəcəsi olan mütəxəssis kimi öz postlarında tez-tez elmi araşdırmalara istinad etdiyini vurğulayıb. Və bu vəziyyətdə, insanlar üzərində aparılan yalnız bir tədqiqat var. 2009-cu ildə köklükdən əziyyət çəkən yaponların iştirakı ilə tədqiqat aparılıb. İştirakçılar fermentləşdirilməmiş adi alma sirkəsi içiblər.
Üç ay ərzində onlar cəmi bir kiloqram arıqlaya biliblər. Mütəxəssis vurğulayıb ki, bu, obez insanlar üçün kifayət deyil. Amma düzgün arıqlama sayəsində belə insanlar artıq çəkisini daha tez itirirlər. Ekspertin sözlərinə görə, araşdırmanın nəticələri suallar yaradır.
"İştirakçıların necə seçildiyi, nəticələrin təhlili, tədqiqata sponsorluq edilib-edilməməsi və sair kimi suallar da var. Biz bunu qərəzlər adlandırırıq. Xatırladıram ki, üç ayda bir kiloqram arıqlamaq obez insanlar üçün klinik baxımdan əhəmiyyətsizdir. Onu da qeyd edim ki, biz sadəcə bir araşdırmaya əsaslanaraq nəticə çıxarmırıq”, - Afinskaya yazıb.
Yekun olara qekspert arıqlayarkən yeməyin keyfiyyətinə diqqət yetirməyi tövsiyə edib.. Və alma suyu sirkəsi ilə diqqətli olun, çünki diş minasına zərər verə bilərsiniz.
Aytən
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM





































