Sağlamlıq
2050-ci ildə bəşəriyyəti gözləyən qlobal tələfat: Hər üç saniyədə...
Mütəxəssislərin hesablamalarına görə, 2050-ci ilə qədər, ildə on milyon insan, təxminən hər üç saniyədə bir nəfər superbakteriyaların yaratdığı infeksiyalardan öləcək.
Publika.az xəbər verir ki, bu məlumatı CNN-ə yoluxucu xəstəliklər üzrə epidemioloq Stefani Stratdi təsdiqləyib.
O qeyd edib ki, artıq 2022-ci ilin may ayında göz infeksiyalarının ağır hallarının antibiotiklərə müqavimət göstərməyə başladığı məlum olub. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin gələn ilin yanvarında verdiyi məlumata görə, gözləri nəmləndirmək üçün istifadə edilən süni göz yaşları superbakterial infeksiyaların mənbəyinə çevrilib.
Xəstəlik sürətlə yayıldı və 2023-cü ilin may ayına qədər artıq 18 ştatı əhatə etdi. Statistikaya görə, dörd ölüm qeydə alındı və on dörd nəfər görmə qabiliyyətini itirdi, həmçinin bir çox insanın bədəninin digər hissələrində infeksiyaya yoluxma halları aşkar olundu.
Aytən Məftun
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM





































