Sağlamlıq
Bu faydalı qida da çox yeyəndə dərd verir
Sağlamlıq üçün bir çox faydası olan acı bibərin həddindən artıq istifadəsi asılılığa səbəb olur.
Publika.az xəbər verir ki, bu haqda türkiyəli diyetoloq Cemre Balkan məlumat verib.
Onun sözlərinə görə, tərkibində C, E, provitamin A, kalium, fosfor, dəmir, sink və selenium olan acı bibər sağlamlığa olduqca faydalıdır:
“Vitamin və minerallarla zəngin bu qida orqanizmi xəstəliklərə qarşı qoruyur və ağrıları aradan qaldırmaqda təsirlidir. Tərkibindəki liflə həzmsizlik və qəbizliyi də aradan qaldırır. Eyni zamanda, acı bibər yeyən fərdlərdə pis xolesterinin azaldığı müşahidə olunur”.
Onun sözlərinə görə, araşdırmalar acı bibərin faydaları ilə yanaşı, zərərlərinin də olduğunu göstərir:
“Acı bibərin həddindən artıq istifadəsi asılılığa gətirib çıxarda bilər. Belə olduqda fərdlərdə halsızlıq və yorğunluq halları müşahidə olunur. Hemoroid, xora, qastrit və digər mədə problemləri olan və ya mədə əməliyyatı keçirmiş şəxslər acı bibərin istifadəsi zamanı diqqətli olmalıdır. Acı bibərin iştah açdığı düşünülsə də, araşdırmalar acı bibər qəbul edən insanların iştahının azaldığını göstərib. Acı bibər tərkibli məhsullardan istifadə edəcəyiniz zaman mütləq həkimə və ya diyetoloqa müraciət edin”. /axar.az
-
Nida Xəbər 13:46Sabah bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO
-
ABŞ09:00Bir milyon dollarlıq çeklə çəkilmiş fotosu başına bəla oldu - FOTO

















.jpg)


















