Sağlamlıq
İmmunitetinizi yaza bu şəkildə hazırlayın!
Bahar gəlir, lakin viruslar hələ də çox aktivdir. Bundan əlavə, sinoptiklər çox isti olmayacaq bir mart vəd edir. Odur ki, immuniteti gücləndirməyə davam etmək lazımdır.
Publika.az xəbər verir ki, bu barədə dietoloq Dinara Gadelmurzina "Подмосковье сегодня" onlayn nəşrinə müsahibəsində bildirib.
"Belə hesab olunur ki, martda hamı vitamin çatışmazlığından əziyyət çəkir. Lakin alimlər sübut ediblər ki, müasir dünyada tərəvəz və meyvələrin günün istənilən saatında əlçatan olduğu bir şəraitdə orqanizmdə ciddi vitamin çatışmazlığının olması mümkün deyil. Eyni zamanda, bəzi insanlar bu vəziyyəti "hipovitaminoz, vitaminlərin miqdarının azalması kimi" yaşaya bilər", - ekspert bildirib.
Mütəxəssis qeyd edib ki, xüsusilə D vitamini ilə bağlı vəziyyət özünü büruzə verir, çünki o, günəş işığının təsiri altında istehsal olunur və qışda günəş şüalarına daha az məruz qalırıq. Buna görə də həkim pəhrizə daha çox mövsümi tərəvəz və meyvələrin daxil edilməsini tövsiyə edib. Məsələn, kələm, soğan, yerkökü, şalgam, turp, portağal, qreypfrut və kivi vitamin miqdarını artırmağa kömək edəcək. Dəniz balığı, yumurta, yağ və qoz-fındıq da bu işin öhdəsindən mükəmməl gələcək.
Aytən
-
Qoroskop19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar
-
İdman18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
























.jpg)














