Sağlamlıq
Məşhur professordan baş-beyin transplantasiyası ilə bağlı sensasion açıqlamalar
Akdeniz Universiteti Orqan Nəqli İnstitutunun direktoru Prof. Dr. Ömər Özkan hesab edir ki, baş transplantasiyası əməliyyatlarının həyata keçiriləcəyi günlər uzaqda deyil.
Publika.az xəbər verir ki, professor bu barədə Mimar Sinan Konqres Mərkəzində Akdeniz Universitetinin ev sahibliyi və Prezidentin İnsan Resursları Ofisinin təşkilatçılığı ilə keçirilən Cənubi Karyera Sərgisində deyib.
Uşaqlıq və qol transplantasiyası əməliyyatları ilə dünya tibb ədəbiyyatına adını yazdıran Ömər Özkan ölümsüzlüyün mümkün olub-olmamasından danışıb:
"Çox məşhur bir milyarder var idi. Ürək və qaraciyər transplantasiyası əməliyyatı keçirmişdi, amma sonda öldü. Orta əsrlərdə insanların əsas məqsədi ölümsüzlüyü tapmaq idi. Davamlı olaraq bunun üzərində çalışdılar. Bir müddət sonra ölməzliyi tapa bilməyəcəklərini anladılar. İndiki dövrdə orta statistik insan ömrü 80-85 civarındadır. 30-dan 80 yaşına çatmışıqsa, bəlkə də bu, 100-ə qədər uzanacaq. Amma mən daha dinc yaşamaqdan danışıram. Hədəfimiz həyat səviyyəsini hər zaman ən yüksək səviyyədə saxlamaqdır".
Türkiyənin orqan transplantasiyası həyata keçirən ən yaxşı ölkələrdən biri olduğunu bildirən mütəxəssis beyin və baş transplantasiyasına dair suallara da cavab verib.
"Beyin transplantasiyası əsrlərdir insanların ağlında olan bir şeydir. Çox fantastik səslənir. Beyin transplantasiyası niyə edilir? Faydalı ola biləcəyi bir neçə xəstəlik də var. Bunun üçün bədənə ehtiyacımız var. Baş transplantasiyasından əvvəl iflic problemini həll etmək lazımdır. Bilin ki, iflic olan xəstələri sağaldanda, baş transplantasiyası da mümkün olacaq.
Tibbdə bu vəziyyət fərqlidir. Buxar maşınını hələ kəşf etməmişik. Hələ başlanğıc mərhələsindəyik. Bir gün görəcəksiniz ki, ürəyi sifariş edib taxacaqsınız. Utopik görünə bilər, amma 15-20 günə qədər ana bətnindən kənarda yaşadılan uşaqlar var", - həkim etiraf edib.
Aytən
-
Hadisə08:55Bakıda güclü yanğın - Maşınlara ziyan dəydi
-
Dünya08:37Kiyevə kütləvi hava hücumu: ölü və yaralı sayı artdı - Yeniləndi
-
İdman03:19Anam məni 16 yaşı olanda dünyaya gətirib, atam isə küçədən... - Yamaldan təsirli açıqlama
-
ABŞ02:18ABŞ helikopteri qəza enişi etdi - İtkin düşən və yaralananlar var
-
Qoroskop01:40Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq
-
Rəsmi xronika1 İyul 23:15Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Kriminal1 İyul 22:18İqbal Ağazadənin adından mesajlar göndərib pul istəyirlər... - Polis araşdırma aparır
-
Region1 İyul 21:13Türkiyəyə yenə PUA atıldı - Bu ölkəyə məxsusdur















.jpg)






















