Sağlamlıq
Ayaqlardakı tüklər tökülürsə… - Təhlükəli xəstəliyin gizli əlaməti
Diabet qan şəkəri səviyyəsinin çox yüksəlməsinə səbəb olan təhlükəli xəstəlikdir.
1-ci tip diabetə nəyin səbəb olduğu dəqiq bilinməsə də, 2-ci tip diabet çox vaxt artıq çəki və kifayət qədər hərəkət etməmək kimi amillərlə əlaqələndirilir. Bununla belə, diabet həm də irsi xəstəlikdir. Hazırda diabetin müalicəsi yoxdur, lakin simptomları aradan qaldırmaq və onları nəzarət altında saxlamaq üçün müalicələr mövcuddur. Buna görə xəstəliyin ilk əlamətlərini aşkar etmək çox vacibdir.
Diabetin bəzi simptomları hamı tərəfindən bilinir. Susuzluq hissi və tez-tez sidiyə getmə ehtiyacı buna misaldır. Ancaq bəzi qeyri-adi xəbərdarlıq siqnalları var ki, həkimlər bu gizli əlamətlərin çox əhəmiyyətli olduğunu vurğulayırlar.
Publika.az xəbər verir ki, həkim Pol Ettinqer bədənin müəyyən hissəsindəki tük tökülməsinin şəkər xəstəliyinin siqnalı ola biləcəyini açıqlayıb.
Onun sözlərinə görə, xüsusilə baldır nahiyəsində baş verən tük tökülməsinə ciddi yanaşmaq lazımdır.
“Ayaqlarda uyuşma, keyimə və baldırlarda tük tökülməsi; parlaq, hamar dəri; az tərləmə; baldırlarda yara və kramplar diqqət edilməli əlamətlərdir. Bunlar vegetativ sinirlərin zədələnməsi və qanın zəif dövr etməsi səbəbindən baş verir. Bu əlamətlərdən hər hansı biri diabet ola biləcəyinizi göstərir.
““Medical News Today”də yayımlanan məqalə də göstərir ki, bu, elmi sübutunu tapıb. Şəkərli diabet ayaqlarda tük tökülməsinə səbəb ola bilər”, - deyə həkim vurğulayıb. (Medicina.az)
-
Rəsmi xronika16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı







































