Sağlamlıq
“Denge” virusu sürətlə yayılır
Yeni araşdırmaya görə, iqlim dəyişikliyi nəticəsində davam edən isti hava dalğaları, natamam urbanizasiya və müəyyən bölgələrdə əhalinin sıx məskunlaşması Braziliyada “denge” qızdırmasının yayılmasına əhəmiyyətli dərəcədə təsir edir.
Publika.az "Nature"yə istinadən xəbər verir ki, biologiya elmləri sahəsində ixtisaslaşan “Oswaldo Cruz” Fondu xəstəliyin az yayıldığı ölkənin cənub və orta qərb bölgələrində yoluxmaların artacağı ilə bağlı xəbərdarlıq edib. Bu artım quraqlıq və daşqınlar da daxil olmaqla, ekstremal meteoroloji hadisələrin artması ilə əlaqələndirilir.
Braziliya bu ilin əvvəlindən bəri “denge” qızdırması epidemiyasından əziyyət çəkir və yoluxmaların artması doqquz ştatda fövqəladə vəziyyət rejiminin elan edilməsinə səbəb olub. Virus “Aedes aegypti” ağcaqanadları tərəfindən ötürülür və bəzi hallarda ölümcül ola bilir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2009-cu ildən bəri “denge” qızdırmasına yoluxma halları kəskin şəkildə artıb. Dünya əhalisinin yarısının “denge” qızdırmasına yoluxma riskinin olduğunu bildirən ÜST bunun çox ciddi problemə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?







































