Uşağı yerə yıxıb güclə yedirirsinizsə... - PSİXOLOQ MƏSLƏHƏTİ
Bizi izləyin

Sağlamlıq

Uşağı yerə yıxıb güclə yedirirsinizsə... - PSİXOLOQ MƏSLƏHƏTİ

- Uşaqlarda iştahsızlığın səbəbləri nədir?

- Bu, somatik və psixoloji narahatlıqlardan ola bilər. Hamımız bilirik ki, iştahın pozulması hər hansı xəstəliyin ilkin əlamət ola bilər. Əgər hər hansı xəstəlik yoxdursa və uşağınızda belə iştahsızlıq varsa onu yeməyə məcbur etməyin. Həssas xarakter, düzgün olmayan qida rejimi və sair pis iştaha səbəb olur.

- Psixoloji narahatlıq yaşayan uşaqlarda iştahsızlıq problemi olurmu?

- Bəli, olur. Əksər hallarda uşağın iştahasızlığının, pis yeməsinin səbəbi psixoloji narahatlıqdan irəli gəlir.

Ailədəki mənfi ab-hava, ata-ana arşında konfliktlər, ananın həddindən artıq “vasvası”lığı - təmizkarlıq eləməsi, hər yerə tökülən qırıntıya görə uşağı cəzalandırması iştahsızlıq yarada bilər. Uşaq yemək zamanı onu tökəcəyindən və cəzalandırılacağından qorxur və bu, uşaqda iştahsızlıq probleminə gətirir.

Həssas uşaqların yanında qida haqqında danışılan pis əhvalatlar da onun iştahına mənfi təsir göstərə bilər. Məsələn, balıqdan bir nəfərin zəhərlənməsi, yemək yeyərkən nəfəs yolunda yemək qalıb ölməsi barədə əhvalatlar uşağın iştahında ciddi problemlər yarada bilər. Bu səbəbdən həssas uşaqların yanında danışılan hər xırda əhvalatın hər detalına fikir verilməidir.

- Bəzən analar uşağı az qala yerə yıxıb ağzına yemək tıxır, güclə yedirirlər. Bu, doğrudur?

- Xeyr, heç bir halda doğru deyil. Siz onu güclə yedirməklə iradəsini sındıra bilərsiz. Amma bu onun psixologiyasına və fiziki halına pis təsir edir. Uşağın gələcəkdə qarşısına çıxacaq çətinliklərə müqavimət gücü zəifləyir. Eləcə də uşaqda artıq çəki problemləri yarana bilər. Əgər uşaq qalan yeməkdən imtina edirsə onu yeməyə məcbur etməyin.

İştahı olmayan uşağı necə yedirməli?

• Birinci növbədə uşağın iştahsızlığının səbəbini tapmaq lazımdır.

• Mümkün olan narahatlıqları aradan qaldırmaq vacibdir.

• Uşağın qida rejimini düzgün qurmağa ehtiyac var.

• Qida arası şirniyyatlar, əlavə qidalar ləğv edilməlidir.

• Uşağın qabına yeyə biləcəyindən artıq qida tökmək olmaz. Qidanın coxluğu da uşaqda qorxu hissi yaradır.

• Qida qəbulunu bayrama çevirməyi bacarmaq gərəkdir.

• Uşaq qidadan həzz almalıdır, onu yeməyə məcbur olduğunu düşünməməlidir.

• Uşağı hamı ilə birgə yedirtmək daha yaxşı olar.

• Uşağın yediyi qabda, yeməyinin görünüşündə maraqlı dizaynlar yaratmaq olar.

Uşağın iştahını qaydada saxlamaq üçün məsləhətlər hansılardır?

• Uşağınızı diqqətdən kənar qoymayın.

• Uşağa yemək və yatmaqdan da vacib olan emosional təsir göstərin.

• Ailənizdə ümumi ab-havanın normada olmasına fikir verin.

• Yaddan cıxarmayın uşaq hər an təcrübə qazanır.

• Uşağın özü yeməsinə lap aşağı yaşlardan şərait yaradın və elədiyi cəhdlərə görə onu mükafatlandırın.

PS: Sizi narahat edən və ya maraqlandıran psixoloji sualları aşağıdakı e-mail ünvanına göndərə bilərsiniz.

Layihənin rəhbəri: Lalə Mehralı

[email protected]

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm