Sağlamlıq
Bir neçə gün yatmamaq ölümə səbəb ola bilər - Həkimdən dəhşətli xəbərdarlıq
Bir neçə gün yuxusuz qalmaq insan həyatı üçün ciddi təhlükə yarada bilər.
Publika.az “El Confidencial” nəşrinə istinadən xəbər verir ki, bu barədə həkim Eduard Estivill xəbərdarlıq edib.
Həkimin sözlərinə görə, cəmi bir gecə yuxusuz qalmaq yorğunluq, əsəbilik və diqqətin cəmlənməsində çətinlik yaradır. 48-72 saat sonra isə vəziyyət daha da ağırlaşır. İnsanda orientasiya pozğunluğu, emosional qeyri-sabitlik və məntiqi düşüncədə problemlər ortaya çıxa bilər.
Bəzi hallarda hallüsinasiyalar və insanın özü hiss etmədən bir neçə saniyəlik huşunun sönməsi də müşahidə olunur. Belə vəziyyətdə insan özünü hələ də ayıq hesab edə bilər.
Estivill bildirib ki, kəskin yuxu çatışmazlığı orqanizmin müxtəlif sistemlərinin fəaliyyətini pozur. Xüsusilə böyrək çatışmazlığı riskinin artması və koqnitiv qabiliyyətlərin tədricən zəifləməsi təhlükəlidir.
Həkim “İnsan yatmasa, ölə bilərmi?” sualına isə “bəli” cavabını verib.
Müəllif: Adəm
-
Sosial06:16Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq - Video
-
ABŞ03:44İrana görə Ağ Evdə gərginlik: Tramp Vensdən narazıdır
-
Kriminal02:43Qonşular danışdı: Bıçaqlanan Gülarə iki saat qan içində köməksiz qalıb - Video
-
Qoroskop01:20Günün ulduz falı: Ailə daxilində kiçik anlaşılmazlıqlar ola bilər
-
Hadisə18 Noyabr 22:04Dəhşətli qəza: Ata, azyaşlı qızı və bacısı oğlu həlak oldu - Yeniləndi
-
ABŞ18 Noyabr 19:50Trampa verilən gizli hədiyyə ortaya çıxdı - Hətta diplomatlar da bilmirmiş...
-
Nəqliyyat18 Noyabr 19:10Azərbaycanda bu yollar da ödənişli ola bilər - Açıqlandı
-
Rəsmi xronika18 Noyabr 15:08Prezident Latviya Prezidentini təbrik etdi



































