Sağlamlıq
Yeməyi belə yeyirsinizsə, sağlamlığınızı təhlükəyə atırsınız - Xəbərdarlıq
Yeməyi sürətlə yemək həzm problemlərinə və artıq çəkiyə səbəb ola bilər.
Publika.az “Terra” nəşrinə istinadən xəbər verir ki, diyetoloq Vaqner dos Reys bu vərdişin sağlamlıq üçün ciddi fəsadlar törədə biləcəyini bildirib.
Mütəxəssisin sözlərinə görə, yemək tələsik qəbul edildikdə kifayət qədər çeynənmir. Nəticədə iri qida parçaları mədəyə düşür və həzm sistemi onları parçalamaq üçün daha çox güc sərf etməli olur. Bu isə narahatlıq yarada bilər.
Həkim qeyd edib ki, yemək zamanı danışmaq, qidaları yaxşı çeynəmədən udmaq və tələsmək udulan havanın miqdarını artırır. Bu da gəyirmə və qarında köp kimi əlamətlərə səbəb olur.
Diyetoloq sürətli yeməyin həddindən artıq qidalanma ilə də nəticələnə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, toxluq hissi həzm sistemindən beyinə ötürülən siqnallarla formalaşır və bu proses müəyyən vaxt tələb edir. Buna görə də insan sürətlə yemək yeyərkən artıq doyduğunu vaxtında anlamaya və normadan artıq qidalana bilər.
Müəllif: Adəm
-
Rəsmi xronika15:08Prezident Latviya Prezidentini təbrik etdi
-
Nida Xəbər 14:37ABŞ-da Azərbaycan bayrağı endirilib? - Dövlət Komitəsindən açıqlama
-
Nida Xəbər 14:31Hafiz Məmmədovun ailəsinin əmlakları ilə bağlı yeni qərar
-
Elm və təhsil13:40“Diplom varsa, avtomatik biliklər də var” - Nazir bu yanaşmanı tənqid etdi
-
İdman12:33Məşhur model futbolçunu "ovlamaq" üçün hər yola əl atdı, amma... - FOTO
-
Elm və təhsil12:27Emin Əmrullayevin oğlu deyilmiş? - Uşaq özü HƏQİQƏTİ AÇIQLADI - VİDEO
-
Nida Xəbər 11:33Muxtar Maniyevin oğlu vəzifədən azad edildi
-
Sosial11:18Prezidentin qızı və gəlini konsertdə - FOTOLAR








































