Səhər yeməyində bu qidaları yeyirsinizsə, mədəaltı vəziniz təhlükədədir
Bizi izləyin

Sağlamlıq

Səhər yeməyində bu qidaları yeyirsinizsə, mədəaltı vəziniz təhlükədədir

Səhər yeməyində bu qidaları yeyirsinizsə, mədəaltı vəziniz təhlükədədir

Şəkərli südlü sıyıq, təzə bişmiş bulka və kolbasalı sendviç mədəaltı vəzə tortdan daha çox zərər verə bilər. Həkimlər səhər yeməyində bəzi qidalardan uzaq durmağı, onların əvəzinə zülal və liflə zəngin məhsullara üstünlük verməyi tövsiyə edirlər.

Publika.az xəbər verir ki, bu barədə "Ura.ru" nəşri həkimlərin açıqlamalarına istinadən məlumat yayıb.

Qeyd olunur ki, mədəaltı vəzi hər qida qəbuluna ferment və insulin ifraz etməklə reaksiya verir. Səhər saatlarında şirniyyat, şəkərli sıyıq, şirə və meyvə əlavəli yoqurt kimi sürətli karbohidratların qəbulu qanda şəkərin kəskin yüksəlməsinə səbəb olur. Bu zaman orqanizm böyük miqdarda insulin ifraz etməli olur. Belə qidalanmanın müntəzəm təkrarlanması isə mədəaltı vəzə əlavə yük yaradır.

Qastroenteroloq Anastasiya Qostrous xəbərdarlıq edib ki, təzə bişmiş un məmulatları və kruassanlar mədə-bağırsaq traktının hərəkətliliyini ləngidir, qaz əmələ gəlməsinə və fermentasiyaya səbəb olur. Ağ çörək üzərində kolbasalı sendviçlər də mədəaltı vəzi yükləyir. Onların müntəzəm istehlakı qastrit və pankreatit riskini artıra bilər.

Diyetoloq Nuriya Dianova səhər yeməyi üçün omlet və kəsmikli sufle-zapekankaları daha uyğun hesab edir. Onun sözlərinə görə, mədəaltı vəzi bu qidaları yaxşı mənimsəyir. Öd daşı xəstəliyi olanlara qayğanaq məsləhət görülmür, omlet isə uyğun alternativ sayılır. Omletə kabaçki, brokoli və bir dilim avokado əlavə etmək olar. Tərəvəzlər liflə, avokado isə faydalı yağlarla zəngindir və uzun müddət toxluq hissi yaradır.

Digər uyğun seçim giləmeyvə və toxumlarla qarışdırılmış kəsmikdir. Tərkibindəki kazein zülalı orqanizmi uzun müddət qidalandırır və insulinin kəskin yüksəlməsinə səbəb olmur. Çia və ya balqabaq tumları faydalı yağlar və maqneziumla təmin edir. Mütəxəssis 5-9 faiz yağlı kəsmik seçməyi tövsiyə edir.

Üçüncü variant isə zülalla zəngin məhsullarla birlikdə qarabaşaq sıyığıdır. Qarabaşaq qanda şəkərin kəskin yüksəlməsinə səbəb olmur. Lakin karbohidrat mənbəyi olduğu üçün onun yanında az duzlu balıq və ya sobada bişirilmiş hinduşka əti yemək məsləhətdir.

Həkimlər səhər yeməyindən şirin yoqurtları və şirələri, təzə bişmiş un məmulatlarını, kolbasa və pendirli sendviçləri, eləcə də acqarına qəhvəni çıxarmağı tövsiyə edirlər.

Həkim Sergey Vyalovun sözlərinə görə, pendirin yağlılığı 50 faizə çata bilər, kolbasanın tərkibində isə müxtəlif əlavələr olur. Bu məhsulların birlikdə qəbulu mədəaltı vəz üçün əlavə yük yaradır. Acqarına kofein qəbulu da mədəaltı vəzi şirəsinin ifrazını artıraraq orqanın fəaliyyətini çətinləşdirə bilər.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm