Sağlamlıq
Gözlərin deyir ki, xəstəsən... - Bu əlamətlər varsa, həkimə gedin
Həkim Deyv Nikols qanda xolesterinin yüksək olmasına işarə edə biləcək xarici əlamətləri açıqlayıb.
Publika.az “Daily Mirror”a istinadən xəbər verir ki, mütəxəssis yüksək xolesterinin adətən heç bir xarici simptomla özünü büruzə vermədiyini bildirib.
Onun sözlərinə görə, bəzi hallarda isə göz ətrafında yaranan sarımtıl piy yığıntıları - ksantelazmalar bu problemin göstəricisi ola bilər.
Digər mümkün əlamət isə gözün qüzehli qişasının ətrafında açıq rəngli halqanın əmələ gəlməsidir. Bu halqa xüsusilə irsi yüksək xolesterin zamanı müşahidə oluna bilər.
Nikols qeyd edib ki, bu dəyişikliklər yüksək xolesterini olan hər kəsdə yaranmır və bəzən nəzərdən qaça bilər. Buna görə də damarların piy lövhələri ilə tutulması riskini müəyyən etməyin ən etibarlı yolu qan analizi verməkdir.
Həkim profilaktika məqsədilə qidalanmaya diqqət yetirməyi, lif və faydalı yağlarla zəngin məhsullardan istifadə etməyi, müntəzəm fiziki aktiv olmağı və siqaretdən imtina etməyi tövsiyə edib.
Müəllif: Adəm
-
Rəsmi xronika15:08Prezident Latviya Prezidentini təbrik etdi
-
Nida Xəbər 14:37ABŞ-da Azərbaycan bayrağı endirilib? - Dövlət Komitəsindən açıqlama
-
Nida Xəbər 14:31Hafiz Məmmədovun ailəsinin əmlakları ilə bağlı yeni qərar
-
Elm və təhsil13:40“Diplom varsa, avtomatik biliklər də var” - Nazir bu yanaşmanı tənqid etdi
-
İdman12:33Məşhur model futbolçunu "ovlamaq" üçün hər yola əl atdı, amma... - FOTO
-
Elm və təhsil12:27Emin Əmrullayevin oğlu deyilmiş? - Uşaq özü HƏQİQƏTİ AÇIQLADI - VİDEO
-
Nida Xəbər 11:33Muxtar Maniyevin oğlu vəzifədən azad edildi
-
Sosial11:18Prezidentin qızı və gəlini konsertdə - FOTOLAR








































