Sağlamlıq
Tərəvəz çipsləri salatı əvəz etmir, əksinə... - Həkim xəbərdarlıq etdi
Tərəvəz çipslərini sağlam qəlyanaltı hesab etmək və təzə tərəvəzlərin tam əvəzi kimi qəbul etmək düzgün deyil.
Publika.az xəbər verir ki, qastroenteroloq, tibb elmləri namizədi Yevgeni Belousov bu məhsulun faydaları və mümkün riskləri barədə danışıb.
Həkimin sözlərinə görə, əsas yanlış yanaşma çipslərin hazırlandığı tərəvəzlərin faydalı xüsusiyyətlərini olduğu kimi saxlaması məsələsidir. Kök və çuğundur özü faydalı olsa da, qurudulma, qızardılma, yağ və duz əlavə edilməsi nəticəsində tamamilə fərqli məhsul ortaya çıxır.
Belousov bildirib ki, tərəvəzlərdən suyun böyük hissəsi çıxarıldığı üçün çipslər yüngül və daha konsentrat olur. Bir neçə tərəvəz kiçik bir ovuc çipsə çevrilə bilər və həmin miqdarı yemək təzə tərəvəzin ekvivalent həcmindən daha asandır. Bu isə fərqinə varmadan daha çox kalori qəbul edilməsinə səbəb ola bilər.
Mütəxəssis hazırlanma üsulunun da əhəmiyyətli olduğunu vurğulayıb. Adi qurutma zamanı istiliyə həssas bəzi vitaminlər itə bilər. Qızartma zamanı isə tərkibində nişasta olan məhsullarda qida təhlükəsizliyi baxımından riskli hesab edilən akrilamid yarana bilər.
Beləliklə, tərəvəz çipslərini təzə tərəvəz və salatın tam əvəzi hesab etmək düzgün deyil.
Müəllif: Adəm
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO
-
ABŞ09:00Bir milyon dollarlıq çeklə çəkilmiş fotosu başına bəla oldu - FOTO
-
Region08:48Pezeşkian Xameneinin məzarı önündə diz çöküb ağladı - VİDEO
-
Sağlamlıq08:36İmmuniteti gücləndirən səkkiz tərəvəz: tərkibində nələr var?
-
ABŞ07:30Huanq xəyanətə görə işçilərindən üzr istədi
-
İdman06:46Keçmiş “Bars”a rəsmisindən “Real”a atmaca - “Dəli olurlar, biz isə zövq alırıq”




































