Sağlamlıq
Sosial şəbəkələrin təhlükəli trendi: Bu “kokteyl” ürəyi dayandıra bilər
Sosial şəbəkələrdə “sərxoş olmaq” üçün yayılan korvalol və energetik qarışıq ölümcül təhlükə yarada bilər.
Publika.az xəbər verir ki, bu barədə həkim-terapevt, tibb elmləri namizədi Andrey Kondraxin xəbərdarlıq edib.
Həkimin sözlərinə görə, korvalolun tərkibində olan fenobarbital qaraciyərin ferment sistemini bloklayaraq toksinlərin orqanizmdən xaric olunmasını çətinləşdirir. Bu isə arterial təzyiqin aşağı düşməsinə və orqanizmdə oksigen çatışmazlığına səbəb ola bilər. Energetiklərdəki kofein isə bu reaksiyanı gücləndirir.
“Bu, çox sürətli dekompensasiyaya gətirib çıxara bilən zəhərlənmədir. İnsan bir daha geri qayıtmaya bilər”, - deyə mütəxəssis bildirib.
Həkimdən təhlükəli “kokteyl” xəbərdarlığı
Kondraxin qeyd edib ki, fenobarbitalı aptekdən reseptsiz almaq mümkün deyil. Korvalol və valokordin isə reseptsiz satılır. Onun sözlərinə görə, energetik içkilərin 18 yaşdan aşağı şəxslərə satışının qadağan edilməsinə baxmayaraq, sosial şəbəkələrdə belə bir trendin yaranması yeniyetmələrin bu içkiləri əldə edə bildiyini göstərir.
Həkim valokordinin xüsusilə yaşlı insanlar arasında geniş istifadə edildiyini də vurğulayıb. Onun fikrincə, preparatın reseptlə satışa keçirilməsi sosial gərginliyə səbəb ola bilər. Buna görə də yaranmış təhlükəli vəziyyətlə bağlı çıxış yolunun tapılması vacibdir.
Ürək dayanması və koma riski
Daha əvvəl yeniyetmələrin korvalol və energetikdən hazırlanan bu təhlükəli qarışığa maraq göstərdiyi bildirilmişdi. Sosial şəbəkələrdə onun hazırlanması ilə bağlı təlimatlar da yayılıb.
Nevroloq Tatyana Mozolevskaya və kardioloq Kristina Vulf belə “kokteyl”in ürəyin dayanmasına, ağır zəhərlənmə zamanı isə komaya səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Müəllif: Adəm
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
























.jpg)











