Sağlamlıq
Damarları tıxayan təhlükə: Mütəxəssisdən xəbərdarlıq
İnsult və infarkt kimi ciddi ürək-damar problemlərinin qarşısını almaq üçün qidalanmaya, yuxu rejiminə və gündəlik vərdişlərə diqqət yetirmək vacibdir.
Publika.az xəbər verir ki, bunu amerikalı kardioloq Sirişa Vadali bildirib.
Onun sözlərinə görə, yüksək miqdarda şəkərin müntəzəm qəbulu birbaşa damarların tıxanmasına səbəb olmasa da, çəki artımı, 2-ci tip diabet, yüksək trigliserid, insulin müqaviməti və xroniki iltihab kimi risk faktorlarını artıra bilər. Bu amillər isə ürək-damar xəstəliklərinin inkişafına zəmin yaradır.
Vadali qeyd edib ki, “Coca-cola” və digər şəkərli qazlı içkilər, enerji içkiləri, aromalı qəhvələr və meyvə şirələri yüksək miqdarda şəkər ehtiva edir. Bu səbəbdən çayın şəkərsiz qəbul edilməsi daha sağlam seçim hesab olunur.
Kardioloqa görə, damar sərtləşməsi və damarlarda plakların yaranması uzun müddət heç bir əlamət vermədən inkişaf edə bilər. Buna görə xüsusilə risk qrupunda olan şəxslərin mütəmadi müayinədən keçməsi tövsiyə olunur.
Mütəxəssis damar sağlamlığını qorumaq üçün tam taxıllı məhsullar, paxlalılar, tərəvəz və meyvələrlə zəngin qidalanmağı tövsiyə edib.
Bundan əlavə, müntəzəm fiziki aktiv olmaq, kifayət qədər yatmaq və siqaretdən mümkün qədər uzaq qalmaq ürək-damar sağlamlığının qorunmasında mühüm rol oynayır.
Müəllif: Roza
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
























.jpg)











