Sağlamlıq
Dişlərə zərər verən 10 qida
Dişləri gündə iki dəfə fırçalamaq diş sağlamlığını qorumaq üçün kifayət deyil. Əgər ağappaq və sağlam dişlərinizlə fəxr etmək istəyirsinizsə, diş minasına zərər verən qidalardan və pis vərdişlərdən uzaq durmalısınız.
Publika.az dişlərə zərər verən 10 qida və vərdişi təqdim edir:
Siqaret: diş və diş ətlərinə zərər verir, ağız qoxusuna səbəb olur.
Spirtli içkilər: tüpürcək ağız boşluğundakı dişlərə zərərli turşuların tənzimlənməsi üçün çox önəmlidir. Ona görə də, ağız quruluğuna səbəb olan hər şey diş üçün zərərli hesab edilir. O cümlədən, spirtli içkilər də ağız quruluğuna səbəb olur və dişlərin düşməni hesab edilir.
Meyvə şirələri: ph dəyəri 7-dən az olan qidalar da dişlər üçün zərərlidir. Meyvə şirələrinin ph dəyəri 2,5-dir, ona görə də dişlər üçün əsl təhlükə hesab edilirlər. Meyvə şirələrinin dişinizə zərər verməsini istəmirsinizsə, çöp vasitəsilə içməyə çalışın.
Limon: Limonun tərkibindəki turşular diş minasına zərər verir. Bu meyvənin ph dəyəri də olduqca aşağıdır.
Koko Kola: Dişlər üçün ən böyük təhlükə mənbəyidir. Çünki diş minası və diş ətləri üçün zərərli olan fosfor turşusu, bol miqdarda şəkər və sitrit turşusu ehtiva edir.
Enerji içkiləri: Bunlar da eynilə kola kimi bol miqdarda müxtəlif turşular və şəkər tozu ehtiva edirlər. Ona görə də, həm dişlər, həm də ümumi sağlamlıq üçün ziyanlıdırlar.
Marmelad, lokum, “jelibon”: Belə qidalar başqa şirniyyatlardan qat-qat zərərlidirlər. Çünki həddən çox şəkər və diş üçün ziyanlı turşular ehtiva edirlər.
Qurudulmuş meyvələr: Belə meyvələrin tərkibi karbohidratla zəngin olur. Dişlərə yapışır və diş minasına zərər verirlər.
Belə qidalar yedikdən dərhal sonra dişləri fırçalamaq və ya tərkibində şəkər olmayan saqqız çeynəmək lazımdır.
Buz: Yay aylarında içkilərin içərisinə buz tökürük. Belə içkiləri içərkən buzun dişlərinizə dəyməməsinə diqqət edin.
Ağ çörək: Ağ çörək də diş sağlamlığına zərər verən qidalar sırasındadır. Mütəxəssislər onun əvəzinə bütöv dənli taxıllardan bişirilmiş çörək yeməyi məsləhət görürlər.
Ləman Sultan
-
MDB21:12
Zaxarova Yeni il üçün görün hansı yeməyi hazırlayacaq - "Elə bişiririk ki..."
-
Sosial20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi