Səhiyyə
İnsanın yaşı sümüklərin sıxlığı ilə təyin ediləcək - YENİLİK
Kriminalistlər bud sümüyünün sıxlığının qiymətləndirilməsinə görə, sümük qalıqlarının hansı yaşda olduğunu müəyyənləşdirməyin yeni üsulunu kəşf ediblər.
Publika.az xəbər verir ki, ABŞ-ın Şimali Karolina Universitetindən olan bir qrup mütəxəssis hesab edir ki, insan orqanizmində yaş ötdükcə sümüklərin minerallaşması artır, cinsi yetkinlik dövrünə çatdıqda isə, stabil sürətlə azalmağa başlayır. Məhz bu səbəbdən bu üsul yaşın təyin edilməsi üçün ən əlverişli və dəqiq meyardır.
Araşdırmanın müəllifi Ann Rossun sözlərinə görə, ölüm anında müasir yaş qiymətləndirmə texnologiyaları sümük və oynaqların aşınmasına əsaslanır: “Təbii ki, burada aşınma həyat tərzindən və kriminalistin interpretasiyasından asılı olaraq dəyişir. 40 yaşında vəfat edən şəxsin yaşı 27 və ya 70 kimi qiymətləndirilə bilər”.
Məlumata görə, mütəxəssislər daha əvvəl də mövcud olan
metodikanı təkmilləşdirməyə nail olublar. Belə ki, alimlər bədənin
bütün sümüklərini seçərək, sümük hüceyrələrin yerləşdirilməsi üçün
bir hissə tapmalı idilər. Müzakirələrdən sonra qərara alındı ki,
insan bədənində bu metodun tətbiqi üçün ən ideal yer və yaşı daha
dəqiq göstərən elə bud sümüyü boynunun minerallaşmasıdır .
Elm adamları bu üsulun test sınaqları üçün 33 kişi və 8 qadının bud
sümüyündən nümunələr götürüblər. Yaşın müəyyənləşdirilməsi zamanı
isə 13 ilə qədər səhv təyin etmə müşahidə edilib. Bu, az olmasa da,
digər metodikalardan çoxdur. Alimlər ümid edir ki, sistemi daha da
təkmilləşdirməklə bu səhvləri aradan qaldırmaq və ya maksimum
dərəcədə azaltmağa nail ola biləcəklər.
Kişi və qadınların sümük sıxlığında alimlər tərəfindən böyük fərqin aşkarlanmamasına baxmayaraq, kəllə sıxlığında fərqin olması müəyyənləşdirilib. Tədqiqatçıların fikrincə, kəllənin minerallaşmasından cinsin müəyyənləşdirilməsi üçün istifadə etmək olar, çünki kəllə fiziki yükləmələrə məruz qalmır və sümük sıxlığında cinsə görə müəyyənləşdirilən kiçik fərqləri ayırd etmək mümkündür.
Könül Cəfərli
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






















.webp)













.jpg)


