Səhiyyə
Botoks etdirən qadının üzü çürüyür - ŞOK HƏQİQƏT
İngiltərənin paytaxtı Londonda 57 yaşlı Karol Kinqskot botoks qurbanı olub. Prosesin yanlış tətbiq edilməsi nəticəsində qadının üzü həddən artıq şişib və amansızcasına döyülmüş kimi rəngi gömgöy olub.
Publika.az xəbər verir ki, “Mirror”un məlumatına görə qadın üzündə hiss etdiyi ağrının keyidici iynə vurulmadan diş çəkilməsinə bənzədiyini bildirib.
Bu proseduru həyata keçirən Ozan Melin K.Kinqskotun üzünə tərkibi bilinməyən maddə vurub. O, bu iddianı rədd etsə də, hazırda tərkibi bilinməyən təhlükəli maddə ilə insanların sağlamlığına zərər vurmaqla təqsirləndirilir. Belə ki, K.Kinqskotdan başqa o, daha iki qadını da eyni vəziyyətə salıb.
K.Konqskotun sözlərinə görə ilk dəfə 2011-ci ildə O.Melinə müraciət edib. İlk dəfə alın və göz nayihəsinə botoks etdirib. Effektini hiss etmədiyindən bir həftə sonra yenidən Melinin yanına gedib. Onun sözlərinə görə, ikinci dəfə prosedur tətbiq ediləndən sonra iynəni çıxaranda sızıltı hiss edib:
“Prosedurdan sonra üzümdə qəribə bir istilik hiss edirdim. Sanki bir saat günəş şüaları altında qalmışdım. Qısa müddət sonra üzüm şişib çürüməyə başladı. Ağrıkəsici qəbul etdim, üzümü soyuq su ilə yusam da heç bir təsiri olmadı. Bir gün sonra güzgüyə baxanda özümü tanımadım. Gözlərim tam bağlanmışdı. Üzüm sanki donub qalıb. Artıq güzgüyə baxa bilmirəm”.
Gülxar
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO




































.jpg)


