Səhiyyə
Həkimlər daun sindromu olan uşağın ürəyini dayandırdı və…
Azərbaycan Tibb Universitetində (ATU) anadangəlmə ürək qüsuru olan körpə uğurla əməliyyat olunub.
Universitetdən Publika.az-a verilən məlumata görə, əməliyyat Daun sindromlu, ürəyində 2 ədəd qulaqcıqarası çəpər qüsuru, 1 ədəd geniş mədəcikarası çəpər qüsuru olan 10 aylıq 7 kq çəkisi olan körpə üzərində aparılıb.
Əməliyyatı icra edən ATU -nun Tədris Cərrahiyyə Klinikasının Uşaq Ürək Cərrahı Ramal Həsənov bildirib ki, bu qüsur hələ uşaq ana bətnində ikən ürək çəpərinin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalması səbəbindən yaranır: “Uşaq doğulduqdan sonra Pediatrik kardioloqumuz dr.Elşən Rzayevin nəzarəti altında olub. Uşaq medikamentoz müalicə ilə 10 aya qədər təqibimizdə saxlandıqdan sonra artıq ürək boşluqlarında genişlənmənin başlanması, təngənəfəslik və çəki ala bilməməsi səbəbindən əməliyyat qərarı verdik”.
Həkim bildirib ki, 2 saat davam edən əməliyyat zamanı ürəyin sağ qulaqcığına və Aortaya yerləşdirdiyimiz pediatrik kanyullar vasitəsilə bədəndəki bütün venoz qanı süni ürək -ağciyər aparatına verilib və oksigenlənmiş qan geri qaytarılıb:
“Uşağın bədən temperaturunu 32 dərəcəyədək soyudub, ürəyi dayandırdıq. Ürəyin sağ qulaqcığında kiçik bir kəsik edərək hər 3 defekti buradan bioloji material vasitəsilə bərpa etdikdən sonra ürəyi yenidən çalışdırmağa başladıq. Uşağı süni ürək-ağciyər aparatından ayırdıq və əməliyyatı başa çatdırdıq. Reanimasiyada 1 gecəlik təqibdən sonra 3 gün palata şəraitində izlədik. 4-cü postoperativ gün evə buraxdıq”.
Həkim ürək qüsurlarından xəbər verən bəzi əlamətlərə - göyərmə, təngənəfəslik, yenidoğulmuşlarda qidalanma çətinliyi, çəki ala bilməmək kimi əlamətlərə sahib olan uşaqlara ciddi yanaşmağı və pediatrik kardioloji müayinədən keçirməyi məsləhət görür. Bəzi ürək qüsurları simptomsuz keçsə də, bir müddət sonra ürək çatışmazlığı əlamətləri ilə qarşımıza çıxır. Odur ki, bütün uşaqların (xüsusilə də sindromlu olanların) doğulduqdan sonrakı ilk günlərdə pediatrik kardioloqun müayinəsindən keçməsi zəruridir.
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil19 İyun 18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial19 İyun 17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial19 İyun 16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər
-
Sosial19 İyun 15:55Pensiya alanların nəzərinə











.jpg)



.jpg)




















