Səhiyyə
Hər il 15 milyondan çox uşaq...
Hər il dünyada 15 milyondan çox körpə vaxtından əvvəl doğulur.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hamiləliyin 37 həftəsindən əvvəl dünyaya gələn körpələr vaxtından əvvəl doğulmuş olaraq qəbul edilir. Bu baxımdan Azərbaycanda da 2015-ci il yanvar ayından diri doğulma meyarları dəyişib. 23 həftəsində doğulmuş körpələrə sağ qalma şansı verilərək, müvafiq tibbi müdaxilələr olunur, yaşaması zəminində addımlar atılır.
Doğuşun vaxtından əvvəl baş verməsi problem kimi, ilk dəfə 2008-ci ildə İtaliyada Avropa ailə təşkilatı tərəfindən qaldırılıb. Təşkilatın nümayəndələri, cəmiyyətin bu problemə diqqətini artırmaq üçün, həmin ildən 17 noyabrı Ümumdünya vaxtından əvvəl doğulmuşlar günü olaraq qeyd etməyi irəli sürüb.
Lakin ilk dəfə 2009 cu ildə Vyana şəhərində professorlar Arnold Pollak və Angelika Berqer birlikdə işlədikləri tibb işciləri ilə il ərzində Vyanada doğulmuş 500 prematür körpənin şərəfinə 500 şarı eyni anda səmaya buraxmaq üçün toplanıblar.
2010-cu il 17 noyabrda bu marafona daha 12 Avropa ölkəsi qoşulub. 2011-ci ildən etibarən 17 noyabr “Ümumdünya vaxtından əvvəl (prematürlər) doğulmuşlar” günü olaraq bütün dünyada geniş miqyasda qeyd edilir.
Azərbaycanda rəsmi olaraq 2015 cı ildən 17 noyabr Dünya vaxtından əvvəl doğulmuşlar günü qeyd olunur. Bu münasibətlə K.Fərəcova adına Elmi-Tədqiqat və Pedriatriya İnstitutunda vaxtından əvvəl doğulan körpələrə hədiyyələr paylanılıb və havaya bugünə məxsus olan bənövşəyi şarlar buraxılıb.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)