Səhiyyə
Afətə görə tibb bacıları İŞDƏN QOVULDU - RƏSMİ/VİDEO
Müğənni Afət Fərmanqızının Nəsiminin qəzəlinə ifa etdiyi mahnıya məzəli videorolik hazırlayan Şəki Mərkəzi Xəstəxanasının beş əməkdaşının işdən qovulması barədə məlumat yayılıb.
Publika.az xəbər verir ki, teleaparıcı və prodüser Tarix Əliyev instagram hesabından bu barədə video məlumat yayıb.
Daha sonra Tolik işdən çıxarılan xanım əməkdaşlardan biri ilə əlaqə saxlayıb. Özünü xəstəxananın tibb bacısı kimi təqdim edən İlahə adlı xanım bildirib ki, 10 saniyəlik videonu çəkərək şəxsi Instaqram və Vatsapp hesablarından paylaşıb. Qadının iddiasına görə, martın 6-da səhər saat 10-nun yarısı baş həkim onları işə çağıraraq “siz məni bütün Azərbaycanda biabır etdiniz” deyib və ərizə yazaraq işdən çıxmalarını tələb edib.
Onun sözlərinə görə, nə qədər yalvarsalar da E.Əmirov onlara məhəl qoymayıb. Aylıq 160 manata işlədiyini deyən qadın işdən çıxarılan digər 4 nəfərin xəstəxanada tibb işçisi, bufetçi və xadimə kimi çalışdıqlarını qeyd edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumatda bildirilib ki, onlar öz ərizələri ilə işdən azad ediliblər.
“Biz hüquqi dövlətdə yaşayırıq. Əgər onlar hesab edirlərsə ki, onlara ərizə məcburi yazdırılıb, onda məhkəməyə müraciət etsinlər. İşçi ilə rəhbər arasındakı mübahisəli məsələlər hüquqi dövlətdə məhkəmə yolu ilə həll olunur”.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
































.jpg)
.jpg)

