Səhiyyə
TƏBİB rəsmisindən QORXULU PROQNOZ: "Yoluxma sayı yaydakını ötə bilər”
“Son günlər Azərbaycanda koronavirusa (COVID-19) yoluxma faktında artım müşahidə olunur. Bu gün yoluxma sayı 500-ü keçib. Bu, vətəndaşların xəstəliyə ciddi nəzarət etməməsindən xəbər verir”.
Publika.az xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev məlumat verib.
Onun sözlərinə görə, insanların diqqətinin daha çox ön cəbhəyə doğru yönəlməsi koronavirus kimi “düşməni” unutmağa səbəb olub:
“Bu infeksiyanın aktuallığının itirilməsi səbəbi ilə artıq yoluxma hallarında ciddi artım var. Çünki aparılan tədbirlər nəticəsində yoluxma ilə bağlı azalma oldu, insanlar arxayınlaşdı və nəticədə bu cür rəqəm qeydə alınıb.
Ölkədə müharibə şəraiti ilə əlaqədar əhalinin hərbi hissələrin önünə toplaşması, könüllülərin orduya yola salınması zamanı qaydalara əməl edilməməsi yoluxma sayına da təsir edib.
Biz özümüzün, yaxınlarımızın, ordumuzun da sağlamlığın istəyiriksə, zəruri tədbirlərə əməl etməliyik. Burada əsas fərdi məsuliyyət olmalıdır. Maska taxılmalı, sosial məsafə qorunmalı və gigiyena qaydaları qorunmalıdır”.
“Koronavirusla bağlı təhlükə sovuşmayıb. Bu cür sürətlə davam edərsə, COVID-19-a yoluxma yay fəslində olan rəqəmləri də keçə bilər. Artıq Gürcüstanda koronovirusa yoluxma 700-ə, düşmən ölkə Ermənistanda isə 1000-ə yaxındır.
Artım olarsa, qarşısını almaqda çətinlik çəkəcəyik. O zaman yenidən karantin rejimi yenidən gözdən keçirilə bilər”, - deyə işçi qrupunun rəhbəri bildirib.
Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 530 yeni yoluxma faktı qeydə alınıb.
Ekspertlər koronavirusla mübarizədə həyəcan təbili çalır və infeksiyanın ikinci dalğasının başlanması ilə bağlı xəbərdarlıq edirlər.
Artıq dünyada bu virusa yoluxanların sayı 38 milyon 833 min 61 nəfəri keçib. Təhlükəyə qarşı daha ciddi addımlar atılması vacibdir.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO















.jpg)

.jpg)

















.jpg)


