Səhiyyə
Bu şəxslər ölüm daşıyıcıları hesab olunur
Təəssüf ki, son vaxtlar virusla mübarizəyə diqqəti azaltdıq. İnsanların vətənpərvərliyi, müharibə şəraiti, stress və həyəcan keçirməsi immunitet sisteminin aşağı düşməsinə səbəb oldu.
Publika.az xəbər verir ki, bunu Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O bildirib ki, belə hallarda baş verən hadisələr COVID-19-u unutdurdu və xəstəliyə yoluxanların sayı 4 mini keçdi: "Əgər əvvəl gündəlik 2 ölüm halı baş verirdisə, bu gün say artdığı üçün ölüm halları da artıb. 20 yaşına qədər olan şəxslər xəstəliyin daşıyıcısı hesab olunur. 20 yaşdan aşağı olanlar ölüm daşıyıcıları hesab olunur. Onlar ətrafa ölüm saçırlar. Hər kəsin ətrafında xəstələr var. 20 yaşa qədər olan şəxslərə müraciət edirəm, əgər ailənizdəkilərin yoluxmasını istəmirsinizsə, qaydalara riayət edin. Bu virus çox qəliz virusdur. Məlumatlar olsa da, yetərli qədər deyil. Yanınızda kimsə siqaret çəkirsə, siz ondan uzaqlaşsanız da qoxunu hiss edirsiniz. Siqaret tüstüsü ilə belə virus molekulları yayılır. Taksiyə daxil olar-olmaz pəncərəni açın, havalandırın. 50 yaşdan yuxarı şəxslər birbaşa təhlükəlidir. 4 faiz insanlarda genetik olaraq immunitet sistemi çalışmır və onlar xəstəlikdən asılı olmayaraq ölümlə nəticələnə bilər. Əmələ gələn antitellər virusların yaşamasına şərait yaradır".
Adil Allahverdiyev qeyd edib ki, vaksin məsələsi gündəmdədir: "Amma vaksinə ümid etmək olmaz. Bu gün sosial məsafə, kütləviliyi azaltmaq vacib məqamdır. Virus kütləviliyi sevir. Ona görə də mütləq tədbirlər görülməlidir. Bunlar son dövrdə tətbiq olunan qaydalardır. Nə qədər sərt tədbirlər görülmüş olarsa, o qədər doğrudur. Sərt tədbirlərə mütləq əl atılmalıdır. Artıq xəstələri yerləşdirməyə yer qalmır. Həkimlər də əldən düşür. Sərt tədbirlər olmadığı halda virusun qarşısını almaq mümkün olmayacaq. Dünyanın bütün ölkələrində bu tədbirlər görülür. İnanıram ki, insanlarımız Vətən müharibəsindən sonra həqiqətən ölkəsinə hər formada dəstək göstərəcək. Biz bununla əsgərlərimizə dəstək vermiş oluruq".
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm

































.jpg)
.jpg)

