Səhiyyə
TƏBİB açıqlama yaydı
Tibbi sığortanın tətbiqindən sonra xidmət keyfiyyətinin yaxşılaşdırılması və ona vətəndaş əlçatanlığının təmin edilməsi kadrların peşəkarlığı və mövcud səhiyyə sisteminin yeni sistemə transformasiyasından bilavasitə asılıdır.
Publika.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumatda bildirilir ki, qeyd edilən məqsədə nail olmaq üçün səhiyyə sistemini tam əhatə edən dəyişikliklər həyata keçirilməlidir. Bu istiqamətdə TƏBİB-in nümayəndələri beynəlxalq ekspertlərlə birlikdə mütəmadi müzakirələr və təhlillər aparır, səhiyyə sisteminin transformasiyası proqramı üzərində çalışırlar.
Qeyd edək ki, TƏBİB fəaliyyətə başladığı 2020-ci ilin əvvəlində məhdud sayda kadr resursları ilə əsas gücünü qlobal pandemiya ilə mübarizəyə yönəldib. Bir ildən artıq qısa müddət ərzində dövlətimizin birbaşa dəstəyi ilə Vətən müharibəsində yaralanmış döyüşçülərimizin, eləcə də “COVİD-19” xəstəliyinə yoluxmuş şəxslərin müalicəsində yaxından iştirak edib.
Yalnız 2021-ci ilin əvvəlindən artıq ölkəmizdə tam olaraq icbari tibbi sığortaya keçidlə əlaqədar tabeliyindəki tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, tibbi tullantıların idarə olunması, qida təminatı və s. istiqamətlərdə yeni normativ sənədlərin hazırlanmasına və icrasına başlanılıb.
Eyni zamanda, qeyd edilməlidir ki, səhiyyə müəssisələrində qida təminatı ilə bağlı son 30 il ərzində hər hansı normativ sənəd qəbul edilməyib, yalnız bu ilin əvvəlindən başlayaraq TƏBİB tərəfindən “Tibb müəssisələrində təqdim olunan pəhriz növləri”, “Tibb müəssisələrində qidalanmanın təşkili haqqında” təlimat, “Pandemiya dövründə qidalanmaya dair metodik göstərişlər” və s. sənədlər hazırlanıb və razılaşdırma üçün aidiyyatı qurumlara göndərilib.
Səhiyyə sistemlərində yüksək keyfiyyət standartlarını tətbiq edən ölkələrin təcrübəsi göstərir ki, bu sahədə inkişafa nail olmaq üçün yalnız tibb qurumları deyil, cəmiyyətin bütün sferaları, dövlət qurumları, özəl sektor və vətəndaşlarımız həmrəy olmalıdır.
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var












.png)
















.jpg)
.jpg)





