Səhiyyə
Bu şəxslərə peyvənd vurulmadan ömürlük sənəd verilə bilər - VİDEO
"Müəyyən ölkələrə və qapalı məkanlara getmək üçün ya vaksin vurdurmalıyıq, ya da immunitet sertifikatına malik olmalıyıq. Toyların da yaxın zamanlarda açılacağı gözlənilir. Həmin vaksin vurduran və immunitet sertifikatı olanlar toylara gedə biləcək".
Bu sözləri "ARB24"də yayımlanan "İş vaxtı?" verilişində qonaq olan tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə bildirib.
"Bəzi insanlar üçün vaksinasiya əks göstərişdir. Bu şəxslərin toylara gedə bilməsi üçün ayrıca sertifikat işlənilməlidir və bu, müddətsiz olmalıdır. Çünki insanda hər hansı xəstəlik varsa, bu, 6 ay sonra sağalmayacaq. Bu şəxslər üçün 6 ay sonra da vaksinasiya əks göstərişdir", - deyə həkim əlvə edib.
Qeyd edək ki, koronavirus infekasiyasına qarşı vurulan vaksinlər Azərbaycanda insanlara COVID-19 pasportu almağa imkan verir. COVID-19 pasportunun iki növü var: “COVID-19 vaksin sertifikatı” və “COVID-19 immunitet sertifikatı”. “COVID-19 vaksin sertifikatı” COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunanlara (iki dozada), “COVID-19 immunitet sertifikatı” isə xəstəliyə yoluxub sağalmış şəxslərə verilir. Koronavirusa yoluxmuş və sağalmış şəxslərin bu pasportu alması daha asan başa gəlir. Belə ki, yoluxması barədə rəsmi qeydiyyatı olan şəxslərin immunitet sertifikatı əldə etməsi sadə prosedur tələb edir.
-
Dəb05:15Məşhur aparıcı payızın zərif trendini açıqladı - FOTO
-
ABŞ03:43Edamdan sağ çıxan qadın yeni xəbər var
-
Dünya02:12Əfqanıstan-Pakistan sərhədində gərginlik - Silahlar işə düşdü
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qəfil romantik yaxınlaşma sizin üçün sürpriz ola bilər
-
Magazin210 Oktyabr 23:24İpek Tanrıyar dəfnə sinəsi açıq gəldi, tənqid olundu - FOTO
-
Elm və təhsil10 Oktyabr 22:48Qarabağ Universitetinin müəllimi hakim təyin olundu - FOTO
-
ABŞ10 Oktyabr 22:24Trampdan Zelenskiyə Rusiya ilə bağlı TƏLƏB - “O, buna mütləq son qoymalıdır”
-
Səhiyyə10 Oktyabr 21:00Qonşu ölkədə xərçəng diaqnozu ikiqat artdı









.webp)





















.jpg)



