Səhiyyə
Qapanmaya gedə bilərik - Baş infeksionistdən XƏBƏRDARLIQ
Son zamanlar Azərbaycandakı epidemioloji durum qənaətbəxş qiymətləndirilir. Yeni yoluxma halları ikirəqəmlidir, aktiv xəstələrin sayı artıq üçrəqəmli həddə düşüb, bəzi günlərdə bu infeksiyadan ölüm baş vermir. Bütün bunlar onu deməyə əsas verir ki, epidemioloji durum kifayət qədər stabil, infeksiya nəzarət olunan səviyyədədir. Əldə olunan müsbət dinamikanın müxtəlif səbəbləri var.
Publika.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. Mütəxəssis bildirib ki, hökumətin pandemiya əleyhinə kompleks mübarizə tədbirləri effekt verməkdədir:

“Əhali bu infeksiya haqqında kifayət qədər məlumatlanıb, bütün nəzərdə tutulan qaydalara əməl edir. Lakin başlıca səbəblərdən biri insanların xeyli sayda peyvənd olunaraq süni immunitet əldə etməsidir ki, bu say yoluxaraq xəstələnən və təbii immunitet qazanmış şəxslərin sayını xeyli üstələyir. May ayından etibarən vaksinasiya prosesi bir qədər də sürətlənib, hazırda əhalinin 30 faizinin ən azı bir dozanı alması bildirilir.
Arzuolunan isə bu prosesin daha sürətlə davam etdirilməsidir. Mövsümi faktorların təsiri mövcuddur, yəni havaların qızması nəticəsində insanlar daha çox açıq məkanlarda toplaşmağa üstünlük verir və qapalı məkanlarda olarkən oradakı hava daim açıq saxlanılan nəfəsliklərdən dəyişdirilir.
Əldə olunan müsbət nəticələri saxlamaq üçün birinci növbədə vaksinasiya prosesində fəal iştirak etmək, qısa zaman kəsiyində hədəflərə çataraq kütlə immunitetini qazanmaq, digər tərəfdən isə qoruyucu “qızıl qaydalar”a icazə verilən tərzdə ciddi əməl etmək, sayıqlığı itirməmək tələb olunur. Nəzərə almaq lazımdır ki, pandemiya hələ ki, bitməyib və onun sonrakı gedişatı hər birimizin davranışından asılıdır. Yumşalmaya gedilən zaman tam arxayınlaşmaq yolverilməzdir, bu, növbəti artımlara, son nəticədə yenidən qapanmalara yol aça bilər”.
Aytən Məftun
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO

































