PCR testlərinin hansı daha etibarlıdır?
Bizi izləyin

Səhiyyə

PCR testlərinin hansı daha etibarlıdır?

Hazırda Azərbaycanda bir çox özəl və dövlət müəssisələrində COVID-19 tetsi aparılır. Lakin bu klinikalarda test qiymətləri çox fərqlidir. Məsələn, 45 AZN yaxma PCR təklif edən də var, 85 AZN də. Bəs bunların arasında fərq nədir? Hansı daha etibarlıdır? Qiymət fərqinə təsir edən faktorlar nələrdi? Ümumiyyətlə bütün klinikaların test etməyə icazə və texniki dəstəyi varmı?

Publika.az xəbər verir ki, aparılan araşdırmalar əsasında məlum olub ki, COVID-19 testinin yaxma və qanda götürülməsindən əlavə olaraq, burundan götürən yaxma testinin də işlənmə metodu fərqlidir. Bunlar PCR və antigen testləridir, hər ikisi burundan götürülən materialda işlənilsə də, aralarında dəqiqlik və spesifikliklə bağlı ciddi fərq var.

1. SARS-CoV-2 PZR (PCR)

Molekulyar test olaraq adlandırılan bu COVID-19 testi polimerazalı zəncir reaksiyası (PZR-PCR) adı verilən laborator metod istifadə olunaraq virusun genetik materialını (DNT və ya RNT) müəyyən edir. İstifadə olunan diaqnostik metodlar arasında həssaslıq və spesifikliyi ən yüksək olduğu üçün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqləyici test olaraq qəbul olunub.

2. SARS-CoV-2 Antigen testi

Bu COVID-19 testi virusdakı müəyyən zülalları təyin edir. Burun-udlaqdan götürülmüş nümunədən işlənilir. Nəticə təxminən 2 saat ərzində hazır olur. Lakin həssaslıq və spesifikliyi molekulyar metod ilə müqayisədə daha aşağıdır.

Nümunə növü PCR ilə eyni olduğu üçün (yaxma) insanlar bəzən bunu PCR analizi ilə eyni bilir və nəticəsinin portala salındığını düşünür. Lakin SARS-CoV-2 Antigen testinin nəticələri portala qeyd olunmur. Bu test yalnız skrininq məqsədi iləistifadə olunur, məlumat xarakterlidir.

3. Anti- SARS-CoV-2 IgM

Qanda COVID-19 infeksiyasına qarşı yaranmış anticisimləritəyin edir. Adətən infeksiyanın kəskin fazasında müsbət olur. Nümunə kimi qandan istifadə olunur. Nəticə 2-8 saat ərzində hazır olur.

Nəticəsi portala qeyd olunmur.

4. Anti-SARS-CoV-2 IgG

Qanda COVID-19 infeksiyasına qarşı yaranmış anticisimləritəyin edir. Adətən xəstəliyin sağalma fazasında müsbət olur. Nümunə kimi qandan istifadə olunur. Nəticə 2-8 saat ərzində hazır olur.

Biokimya və molekulyar biologiya üzrə mütəxəssis, həkim lobarant Eldar Əliyev mövzu ilə bağlı Publika.az-a açıqlamasında bildirib ki, aptekdə satılan sürətli COVID-19 testlərinin həssaslığı çox da yüksək deyil: “Pozitiv olan xəstədə belə neqativ cavab çıxa bilər. Odur ki, bu testlərə çox güvənmək olmaz. Onlar sadəcə PCR testinin cavabı çıxana qədər təcili yardım gözləyən xəstələr üçün ilk yardım metodu olaraq seçilə bilər. Hər bir reaktivin öz alıcısı var. Test qiymətlərinin fərqli olmasının səbəbi bir COVID-19 kitinin hazırlanması üçün fərqli maddələrdən istifadə olunmasıdır. O maddələrin saflığı artdığı zaman PCR kitinin qiyməti də artır. Kimisi saf maddələrdən istifadə edərək o kiti hazırlayır, kimisi də az saf maddələrdən. Odur ki, PCR test istehsal edən firmaların qiymətləri də dəyişir.

Laboratoriyaların fərqli reaktivlərdən istifadə etməsi isə tamamilə lonların öz seçimi ilə əlaqədardır. Bəzi laboratoriyalar qiymətə bağlı olaraq çalışır, onlar üçün cavabın necə çıxmasının əhəmiyyəti yoxdur, sadəcə bir nəticə versin. Bildiyiniz kimi, laboratoriyaları yoxlayan özəl bir ictimai birlik və səhiyyə sistemimiz yoxdur. Bu halda səhvlər ola bilər”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm