Səhiyyə
Virus 9 il əvvəl tapıldı, ancaq Fransa... - ŞOK ARAŞDIRMA
Amerikalı elm adamları SARS-CoV-2-nin ortaya çıxmasının yeni versiyasını irəli sürüblər.
Publika.az xəbər verir ki, “The Telegraph”da dərc olunan xəbərdə bildirilir ki, virus 2012-ci ildə yoluxan çinli bir mədənçidə tapılan infeksiyadan qaynaqlanıb.
Amerikanın “Bioscience Resource Project” təşkilatının icraçı direktoru Conatan Latam qeyd edib ki, viruslar insanın bədənində bir çox təkamül mərhələsindən keçə bilər.
2012-ci ildə Uhandakı mədənçilər mağarada yarasalarla təmasda olduqdan sonra sətəlcəmə bənzər bir xəstəliklə üzləşiblər. Bundan sonra Uhan alimləri eyni yerdə 96% COVID-19-a bənzəyən RaTG13 yarasa koronavirusunun izlərini tapıblar. Amerikalı alimlərin nəzəriyyələrinə görə, naməlum virus 2019-cu ildə Uhan laboratoriyasının xaricinə sızan SARS-CoV-2 formasından 6 ay əvvəl mədənçilərin ağciyərlərində əmələ gəlib.
Bu nəzəriyyənin keçən il ifadə edildiyi diqqət çəkir. Bildirilib ki, yeni tip koronavirus infeksiyasının ortaya çıxdığı yer Çindəki Mojiang Mağarası ola bilər, çünki 2012-ci ildə orada SARS-CoV-2-yə bənzər bir virus aşkar edilib. Sonra orada 30-60 yaş arası 6 kişi mis çıxarmaq üçün mağaraları yarasaların ifrazatından təmizlədikdən sonra ağır tənəffüs yoluxucu infeksiyasına yoluxub. Onlardan üçü sonradan xəstəlik səbəbindən ölüb.
Araşdırma onların RaTG13 adlanan koronavirusa yoluxduqlarını göstərib. Hindistanlı tədqiqatçıların RaTG13-ün SARS-CoV-2-dən formalaşdığı ehtimalını irəli sürdükləri zaman Uhan Virologiya İnstitutu tərəfindən virus nümunələri toplandı. Ancaq Fransa alimləri bu fikri təkzib ediblər.
Fransız elm adamlarına görə, RaTG13 ilə yoluxmuş insanların simptomları COVID-19 xəstələrində görülənlərdən çox fərqli idi. Alimlər Çin mədənçilərinin yaxın təmasda olduqları həkimlərin və insanların niyə xəstələnmədikləri ilə də maraqlanıblar. 5 milyondan çox insanın ölümünə səbəb olan və 18 ayda 200 milyondan çox insana yoluxmuş virusun 2012-ci ildən 2019-cu ilə qədər niyə xəstəliyə səbəb olmadığı da tədqiqatçıları düşündürür.
Akqabay
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular












.jpg)
























.jpg)

.jpg)