Səhiyyə
Əli Əliyev DTX-ya niyə aparılıb?: böyük cinayət işi...
Vətəndaş İnkişaf Partiyasinın (VİP) sədri Əli Əliyev və Bumeranq TV-nin rəhbəri Elçin Rəhimzadənin bu gün hüquq-mühafizə orqanlarına aparılmasının səbəbi bəlli olub.
Publika.az Musavat.com-a istinadla xəbər verir ki, sərbəst buraxılandan sonra VİP-in qərargahına gələn Ə.Əliyev orada canlı yayım həyata keçirən internet televiziyaları vasitəsilə baş verənlər haqda danışıb.
Ə.Əliyev öncə bildirib ki, E.Rəhimzadə bu sabah evdən çıxanda bir insident müşahidə etdiyi üçün bu barədə ona zəng edərək məlumat verib. Onlar daha sonra bununla bağlı məsləhətləşmək üçün qərargaha gəlmək barədə razılaşıblar:
“Biz qərargaha günorta saat 12-də daxil olduq. Özlərini DTX əməkdaşları kimi təqdim edən şəxslər gəlmişdilər. Mən onlarla bir yerdə getdim. Burda baş verənlərdən xəbərim olmadı. 1-in yarısından orda idim. Ölkə miqyasında aparılan bir cinayət işi var. Onun təfərrüatı ilə bağlı sorğu-sual idi. Nə iş olması ilə bağlı deyə bilmərəm. Yəqin ki, ictimailəşəcək. Bumeranq TV-də yayımlanan bir neçə videogörüntü haqqında getdi söhbət. Araşdırma başladılıb. Onun detalları soruşulub. Mən şahid qismində dindirilmişəm. Elçin bəy də burda fəaliyyət göstərir. Mən də nəyi bildiyimi açıq şəkildə dedim”.
Ə.Əliyev deyib ki, onu qaramaskalılar aparmayıb. Mülki geyimli şəxslər onu istintaqa dəvət edib və həm yolda, həm də DTX binasında da ona sayğılı münasibət göstərilib:
“Özləri də deyiblər ki, sizi ziyalı kimi qəbul edirik. Dəvət olunmağımın səbəbi kimi aparılan cinayət işinin təfərrüatını öyrənmək olduğunu dedilər. Heç bir zorakılıq olmayıb. Hətta yolda mənə dərman lazım olub-olmamasını soruşdular, mədəni davrandılar. Orda olanda da yarım litrlik su alıblar. Dövlət orqanıdır, cinayət işi var. Cinayət işinin təfərrüatları ilə bağlı istintaq aparılır, bizi də dəvət ediblər”.
Elçin Rəhimzadə də açıqlamasında bildirib ki, ona sözügedən videolarla bağlı suallar verilib:
“Məndən soruşuldu ki, o videoların mənbəyi hardandır. Hansı videoların olması ilə bağlı indi sizə açıqlama verə bilmərəm. Amma onu deyim ki, miqyaslı işdir. Orda bizdən xahiş olundu ki, bir müddətlik bu barədə danışmayın. Sonra bu barədə məlumat verərsiz... Əli bəylə bizi ayrı-ayrı aparıblar. Məni 4 saat burda saxladılar, axtarış etdilər. Evimdə də axtarış aparıldı. Heç bir zorakılıq olmadı mənə qarşı. Sadəcə izah edildi ki, sizi şahid qismində çağırmışıq ki, bu heyətlə nə əlaqəniz var”.
-
Səhiyyə01:11Bu vitamin yüksək dozada qəbul etdildikdə mücüzə baş verir
-
Qoroskop00:00Günün ULDUZ FALI - Uğur qazanmaq şansınız yüksəkdir
-
Rəsmi xronika23 Avqust 23:55Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - VİDEO
-
Art23 Avqust 23:47Azərbaycanın Xalq artisti vəfat etdi - FOTO
-
Rəsmi xronika23 Avqust 23:36"Mirzə Uluqbəy adına məktəb dostluğumuzun və qardaşlığımızın rəmzidir" - VİDEO
-
Hadisə23 Avqust 22:12Bakıda yaşayış binasındakı yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ
-
Nida Xəbər 23 Avqust 21:48İlham Əliyevin şərəfinə verilən dövlət ziyafətinin MENYUSU
-
Elm və təhsil23 Avqust 21:12Füzulidəki məktəbin direktoru Prezidenlərin qarşısında çıxış etdi - VİDEO
























.jpg)











