Səhiyyə
Uşaqları mövsümi infeksiyalardan necə qorumalı? - HƏKİM MƏSLƏHƏTİ
Havaların soyuması virus infeksiyasının artmasına və yayılmasına səbəb olur. Bundan ən çox əziyyət çəkən isə azyaşlılardır. Uşaqlar virusa ən çox bağça və məktəblərdə yoluxur.
Bəs, azyaşlıları virusdan necə qoruyaq?
Publika.az oxuculara mövzu ilə bağlı mütəxssislərin fikirlərini təqdim edir.
Pediatr Sevda Novruzlu bildirib ki, bu, qripəbənzər virusdur və uşaqları qorumaq üçün onların immunitetini yüksəltmək vacibdir. Bu virus xüsusən payız-qış aylarında havaların soyuması ilə bağlı daha çox yayılır. Uşaqları bu virusdan qorumaq üçün ilk növbədə il ərzində neçə dəfə xəstələndiyi nəzərə alınmalıdır. Əgər uşaq bu dövrdə altı-yeddi dəfədən çox xəstələnibsə, deməli, onun immun sistemi zəifləyib. Bunu bərpa etmək üçün öncə bağırsaq florasını tənzimləmək, vitamin və minerallara zəngin qida, payız fəslində isə D vitamini qəbulu vacibdir.
İmmuniteti necə gücləndirmək olar?
Pediatr Nigar Abdullayevanın fikrincə, valideynlər diqqətli olmalıdır. Əgər azyaşlıda xəstəlik əlaməti hiss edirlərsə, onları bağçaya, məktəbə aparmamalıdırlar. Çünki artıq onlar virus daşıycısı sayılır. Məktəblilər isə mütləq maskadan istifadə etməlidir.
Həkim qripdən qorunmaq üçün peyvənd vurdurmağı məsləhət görür. Qrip peyvəndlərini azyaşlılara altı ayından etibarən vurdurmağı düzgün sayır.
"Bunlarla birgə uşaqların qidalanmasına da fikir vermək lazımdır. Altı aya qədər uşaq ana südü ilə qidalanmalıdır. Ana südü uşaq üçün təbii qoruyucudur, çünki tərkibində immun hüceyrələri var. Həmçinin, mütləq şəkildə otaqların havası tez-tez dəyişilməlidir"- deyən mütəxəssis böyük yaş qrup uşaqların meyvə- tərəvəzdən çox istifadə etməsini məsləhət görür:
"Meyvə-tərəvəzlə yanaşı ət və süd məhsullarını da rasiona əlavə etmək lazımdır. Protein tərkibli qidalar immun sistemini gücləndirir. Bir yaşdan yuxarı uşaqlara C vitamini ilə zəngin portağal, mandarin vermək lazımdır. Normal qidalanmayan uşaqlar üçün həkim məsləhəti ilə vitamin kompleksi istifadə olunmalıdır".
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)