Səhiyyə
Azərbaycan xəstəxanalarında Türkiyədə yaralananlar üçün 2 min çarpayı ayrıldı
Azərbaycan tibb müəssisələrində Türkiyədəki zəlzələdə zərərçəkənlər üçün 2 min çarpayı ayrılıb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın səhiyyə naziri Teymur Musayev ilə türkiyəli həmkarı Fahrettin Koca ilə telefon danışığı zamanı bildirib.
Telefon danışığı zamanı Teymur Musayev Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələrinin zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirildiyini Türkiyəli həmkarının diqqətinə çatdırıb.
“Ehtiyac olduğu təqdirdə, Azərbaycanlı tibb mütəxəssisləri yaralanmış şəxslərin müalicəsinə tibbi dəstək göstərməyə tam hazırdır”, - nazir deyib.
T.Musayev yaralıların tezliklə sağalmasını arzulayıb və həlak olmuş şəxslərin ailələrinə Allahdan səbr diləyib.
-
Magazin205:45Adriana Lima qızları ilə elə pozalar verdi ki...
-
Nəqliyyat05:15Bakıda süni sıxlıq yaradan avtomobillərlə bağlı tədbirlər görüləcək - Video
-
İdman02:43Növbəti hakim qalmaqalı: Tanınmış futbolçu ədalət istəyirdi, meydandan qovuldu - Video
-
Qoroskop00:45Günün ulduz falı: Sevgidə qərar anıdır...
-
ABŞ24 Aprel 22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm24 Aprel 20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal24 Aprel 19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat24 Aprel 18:40Bakıda axşam tıxacı















.jpg)





















