Səhiyyə
Xərçəngə qarşı peyvənd tapıldı –BU TARİXDƏ HAZİR OLACAQ
Xərçəngə qarşı peyvənd bu onilliyin sonuna qədər hazır olacaq.
Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Oksford Universitetinin tədqiqatçısı Conatan Kvok deyib.
“İndi ən azı 10 şirkətin və müxtəlif yanaşma və strategiyalara malik akademik departamentlərin iştirak etdiyi bir yarış var. Bu yanaşmaların hər birinin üstünlükləri nəzərdən keçirilir”, - deyə alim bildirib.
Onun fikrincə, bu onilliyin sonuna qədər xərçəngə qarşı münasib qiymətə peyvənd olacaq.
Xərçəngdən ölüm hallarının 70-90 faizinin metastazlara görə baş verdiyini deyən alim qeyd edib ki, peyvənd immun sisteminin davamlı reaksiyası nəticəsində metastazların yaranmasının qarşısını almağa kömək edəcək.
“Siçanlar üzərində aparılan tədqiqatlar göstərdi ki, metastazların qarşısını tamamilə ala bilərik. Klinik sınaqların birinci mərhələsinin yaxın aylarda başlaması gözlənilir”, - deyə tədqiqatçı vurğulayıb.
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu

















.png)
.jpg)



















