Səhiyyə
Nəyisə təxirə salmaq xəstəlikdir, yoxsa tənbəllik?
İşlərimizi təxirə salmaq artıq bir vərdiş halını alıb. Bəzən bilmədən etdiyimiz bu hərəkət həyatımıza ciddi təsir edir.
Bəs bunun xəstəlik əlaməti ola biləcəyini bilirdinizmi?
Atalarımız “bu günün işini sabaha qoyma” deyiblər, indi isə bu gün görüləcək işlərimiz günlərlə, bəzən isə həftələrlə qalır.
Publika.az xəbər verir ki, müasir insanın ən böyük problemlərindən biri də işləri təxirə salmasıdır. Bu həm uğura, həm də həyatı doya-doya yaşamağa maneədir. Bunu edirik, lakin niyə belə olduğunu dəqiq bilmirik. Əslində çoxları bu problemlə mübarizə apardıqlarının fərqində də deyillər.
Psixiatr Dr.Erman Şentürk "işləri təxirə salmağımız" barədə açıqlamasında bildirib ki, insanların çoxu bu vəziyyətə sadəcə tənbəllik deyir:
“Ancaq məlum olub ki, oxşar şikayətlərlə müraciət edənlərin sayı artdıqca vəziyyət heç də düşünüldüyü qədər sadə deyil. Yubatmaq elə bir səviyyəyə çatıb ki, pozğunluq olaraq görülməyə başlasa da hələ tibbdə birbaşa xəstəlik olaraq təyin olunmayıb. Adətən, insanlar işə oturmazdan əvvəl son dəfə başqa bir şey etmək, edilməsi lazım olan bir hərəkətdən bilməyərəkdən və ya şüurlu şəkildə qaçırlar. Amma açığını desək, bu vəziyyətə tənbəllik deyə bilmərik”.
Bəs niyə ləngidirik?
“Uğur qazana bilmədiyim bir işə niyə başlamalıyam?” inamı, məsuliyyətlərin təxirə salınmasının səbəblərindən yalnız biridir.

Erman Şentürk mümkün səbəbləri belə sıralayır:
“Bununla bağlı çoxlu proqnozlar var. Bunlardan ən əsası motivasiyanın olmamasıdır. Səbəb insanın görməli olduğu işi görmək üçün kifayət qədər motivasiya olmaması və vaxtı yaxşı idarə edə bilməməsidir. İnsanlar işi bacara bilməyəcəyini düşündüyü zaman, təxirə salmağı seçə bilər. Bəzən bu davranış vərdişə çevrilə bilər. Bəzi insanlar daha planlı, daha sistemli bir iş tərzi seçə bilsə də, bəzi insanlar bunu hər zaman son anda edə və uğur qazana bildiklərini düşündükləri üçün bu yolu seçirlər. Bu, tamamilə insanın iş sistemindən asılıdır”.

Ləngitməklə necə qalib gəlmək olar?
Əslində ləngitmək bütün həyatımızda meydana gələn bir davranışdır. Bunu anormal kimi qəbul etməyimizin səbəbi ümumiyyətlə davamlı olması və insanın həyatının hər sahəsinə təsir etməyə başlamasıdır. Hər kəsdə rast gəlinən bu davranış insanların təxminən 20 faizində xroniki hala gələ bilər.
Problemin həlli yolları var. Bunun fərqində olmaq lazımdır. Yaşından, peşəsindən asılı olmayaraq, insan belə bir problemi olduğunu qəbul etməlidir. Daha sonra buna səbəb olan, insanın konsentrasiyasını pozan, ləngitməyə səbəb olan amilləri bir-bir qeyd etmək lazımdır. Sosial media ilə məşğul olan və internetdə çox gəzən xroniki yubatmanın əhəmiyyətli bir hissəsini müşahidə edilir. İnsanın təxirə salmaq üçün etdiyi hərəkətlərin vaxt itkisi olduğunu başa düşməsi və onları məhdudlaşdırması çox vacibdir.
Aysel Şahmar
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal
-
MDB13:14Azərbaycanın qonşuluğunda ölkə boyda torpaqlar satışa çıxarıldı - Şok qiymətlər
-
İdman12:58Rəşad Məcidlə Balakişi Qasımov "atışdı": "Qarabağ"a görə - FOTOFAKT
-
Magazin112:53Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi
-
Sosial12:43TƏBİB-dən yeni təyinatlarla bağlı rəsmi açıqlama
-
Nida Təhlil 12:12Bəşəri cinayət: İşğal dövründə mədəni irsimiz məqsədli şəkildə məhv edilib
-
İdman11:48Tanınmış futbolçunun ilham pərisi: Onlar 2026-cı ili unutmayacaqlar - FOTOLAR
-
Nida Təhlil 10:48Abramyanın yeri uğrunda mübarizə - Kreml kimə “yaşıl işıq” yandıracaq?














.jpg)


.jpg)


.jpg)

.jpg)

















