Sosial
Bu sahələrdə işləyənlərin hamısı 1400 manatdan çox maaş alır
Azərbaycanda maliyyə və sığorta fəaliyyəti sahəsində muzdla işləyən işçilərin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd edilir ki, bu il sentyabr ayının 1-nə maliyyə və sığorta fəaliyyəti ilə 24 600 nəfər məşğul olub ki, bunun 4700-ü dövlət, 19,900-ü isə qeyri-dövlət sahəsinə aiddir.
İyul ayı ilə müqayisədə avqustda maliyyə və sığorta işçilərinin sayı dəyişməyib. Statistik məlumatların təhlili onu deməyə əsas verir ki, dövlət maliyyə və sığorta sahəsində işçilərin sayı 100 nəfər və ya 0,5% artıb.
Hesabat dövründə bir ay ərzində orta hesabla 149,4 saat işləyən maliyyə və sığortaçılar orta hesabla 1480,7 manat məvacib alıblar. Dövlət maliyyə və sığorta sahəsində muzdla çalışanların orta aylıq nominal əməkhaqqı 1430,5 manat, qeyri-dövlət sahəsində 1492,4manat olub. İyul ayı ilə müqayisədə avqustda maliyyə və sığorta sahəsində muzdla çalışanların orta aylıq nominal əməkhaqqı 9,9 manat və ya 0,7% azalıb. Qeyd edək ki, maliyyə və sığorta sahəsində çalışanlar orta aylıq nominal əməkhaqqının məbləğinə görə ölkə üzrə ikinci yerdə qərarlaşıb.
Hesabat dövründə maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatların sayı 1695 olub ki, bunlardan 1470-i kiçik müəssisə və təşkilatdır. Bu sahədə fərdi sahibkarların sayı 1793 nəfər olub. Bunlardan 1347-si kişi, 446-sı qadınlardır.
Qeyd edək ki, bu ilin 9 ayında 83 yeni müəssisə və təşkilat yaradılıb, 23 müəssisə və təşkilat ləğv edilib.
-
ABŞ14 Yanvar 22:14ABŞ Azərbaycan vətəndaşları üçün də viza verilişini DAYANDIRIR - YENİLƏNDİ
-
Dünya14 Yanvar 21:25Saatlar qaldı: ABŞ İrana hücum edəcək
-
Nida Xəbər 14 Yanvar 20:48Azərbaycanı ləkələmək istəyən ermənilərin səhifələri aşkarlandı - FOTOLAR
-
Avropa14 Yanvar 20:24Fransada yumurta və kruasan qıtlığı yarandı - Səbəb bu imiş
-
Nida Xəbər 14 Yanvar 20:12Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu
-
Sosial14 Yanvar 19:50Bakıda 7 rayonda söküntü işləri aparılacaq - Ərazilər AÇIQLANDI
-
Region14 Yanvar 19:20Türkiyədə otel binası uçdu
-
Sosial14 Yanvar 18:30Yaşa görə pensiya 629 manat olacaq: Nazir artımları AÇIQLADI - VİDEO











.jpg)
























