Sosial
Qida məhsulları alarkən BUNLARA DİQQƏT EDİN
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida məhsulları alarkən etiket məlumatları ilə tanış olmağın zəruriliyini diqqətə çatdıran videoçarx hazırlayıb. Videoçarxda etiketləmə haqqında qida məhsulları istehsalçılarının əməl etməli olduğu və istehlakçıların mütləq şəkildə diqqət yetirmələri vacib məlumatlar öz əksini tapır.
Agentlikdən Publika.az-a verilən məlumata görə, təqdim olunan yeni videoçarxda qida zəncirinin bütün mərhələlərində iştirak edən tərəflərə qanunvericiliyin tələblərinə əməl etmək və istehlakçı hüquqlarının təmin olunması üçün istehlakçıların özlərinə prosesdə fəal iştirak etmələri tövsiyə olunur.
Bildirilir ki, “Yeyinti məhsulları” haqqında Azərbaycan Respublikasının qanununa əsasən, istehsalçılar istehsal etdikləri məhsulları texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun qablaşdırmalı və etiketləşdirməlidirlər. Etiketdə məhsulun adı, növü və tərkibi, miqdarı, qida dəyərliliyi, istifadə sahəsi və qaydaları, istehsal tarixi və yararlılıq müddəti, saxlanma şərtləri, istehsalçının adı, ünvanı və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda tələb olunan digər məlumatlar əks olunmalıdır.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

