Sosial
Nuşirəvan Məhərrəmli aparıcıları TƏNQİD ETDİ: "Varvarizm baş alıb gedir"
“Milli Televiziya və Radio Şurasının da fəaliyyətinin ana xəttində Azərbaycan dilinin qorunması durur. Bu gün televiziyalar Azərbaycan dilinin tətbiqi ilə bağlı bütün işləri görüblər. Təəssüf ki, çıxışların ədəbi dil qaydalarına uyğun olmaması hələ də, televiziyalarda ciddi problem olaraq qalır”.
Publika.az xəbər verir ki, bu sözləri Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov Elektron Mediaya Yardım Fondu və Kütləvi informasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında avqust-sentyabr aylarında aparılmış monitorinqlərin nəticələrinə dair konfransda çıxışı zamanı deyib.
N.Məhərrəmli bildirib ki, Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrası ilə Şuranın birlikdə apardığı monitorinq telekanallarda ədəbi dil qaydalarının aşkarlanması və aradan qaldırılması məqsədi daşıyır.
“Bu monitorinqlərin nəticəsində ildən-ilə Azərbaycan dili ilə bağlı televiziyalarda irəliləyiş hiss olunur. Düzdür, hələ ki bu sahədə vəziyyət ürəkaçan deyil. Bizi narahat edən məsələ daha çox şou xarakterli verilişlərin aparılcılarının dili ilə bağlıdır. Onların dilində bayağı, loru, varvarizmlərdən istifadə baş alıb gedir. Bu bizi narahat edir. Telekanal rəhbərləri bu məsələyə xüsusi önəm verməlidirlər. Onlar aparıcıları işə qəbul edəndə Azərbaycan dilini bilməsinə diqqət ayırmalıdırlar. Bəlkə də, bu məsələnin hələ də mövcud olmasında bizim də günahımız var”.
N.Məhərrəmli bildirib ki, xüsusən reklam çarxları, sağlamlıq verilişlərində bəzi ifadələrin ana dilində olmaması Şuranı ən çox narahat edən məsələdir:
“Bununla bağlı televiziya rəhbərləri ilə danışıqlar aparmışıq. Bəzi irəliləyişlər var. Telekanallarla bağlı digər məqam texnologiya ilə dilimizə daxil olan əcnəbi sözlərin istifadəsidir. Bəzi ölkələrin öz siyasətlərini mədəniyyət, təhsil, elm sahəsi ilə digər dövlətlər ərazisində yeridir. Texnoloji yeniliklərlə bağlı çoxlu xarici ifadələrin dilə gəlməsinin qarşısını müəyyən qədər almağa çalışmalıyıq. Bu sahədə televiziyaların fəaliyyəti qənaətbəxş deyil”.
Gülxar
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı

















.jpg)













.jpg)



.jpg)

