Sosial
Aqrar sektor inkişaf mərhələsində
Regionların inkişafını özündə ehtiva edən proqramların vaxtında və yüksək səviyyədə icra olunması Azərbaycanın ümumi iqtisadi gücünü artırmaqla yanaşı, istehsal müəssisələrinin fəaliyyətinin bərpasına, yeni istehsal müəssisələrinin yaradılmasına, yerli resurslardan istifadənin səmərəsinin artırılmasına, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasına, aqrar sektorda islahatların sürətləndirilməsinə yol açıb.
Bu barədə “Azərbaycan” qəzetində dərc edilən məqalədə bildirilib.
Məqalədə bildirilir ki, dövlət proqramlarında investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması regionların sosial-iqtisadi inkişafında həlledici dönüş yaradıb. Dövlətin inkişafı və zənginləşməsi son nəticədə vətəndaşların yaxşı yaşamasına, onların sosial tərəqqisinə səbəb olur.
Ötən il dövlət başçısının regionlara səfərləri zamanı keçirdiyi görüşlər, müşavirələr və yeni açılan aqro müəssisələr bir daha bu sahənin yeni inkişaf mərhələsində olduğunu göstərir.
Prezident İlham Əliyev 2016-cı ildə Sabirabadda, 2017-ci ildə Saatlıda, ötən il isə Bərdədə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirib. Bu müşavirələrdə verilən tapşırıqlar həqiqətən, "ağ qızıl”ın şöhrətini özünə qaytardı desək, yanılmarıq. Çünki dövlət başçısının müşavirələrdə verdiyi tapşırıqların yerinə yetirilməsi ilə Azərbaycanda pambıqçılıq yenidən inkişafa başladı.
Müşavirədə bu sahədə görülən işlər nəzərdən keçirildi və tapşırıqlar verildi. Dövlət başçısı bildirdi ki, keçən il əldə edilmiş nəticələrin müsbət və mənfi tərəfləri bu il ciddi təhlil olunacaq.
Noyabrın 5-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində Əsmər Hüseynovanın pambıq sahəsi ilə tanış olan dövlət başçısı pambıqçılığın daha da genişləndiriləcəyini və bunun ölkəmizə böyük töhfə verəcəyini bir daha vurğuladı.
Onu da qeyd edək ki, keçən il bölgələrdə aqrar sektorun inkişafına töhfə verəcək çoxlu sayda yeni müəssisələr fəaliyyətə başlayıb. Dövlət başçısının iştirakı ilə ötən il Goranboyda "Region Aqropark”ın, Şamaxıda "Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın, "AZZA AGRO” MMC-nin müasir heyvandarlıq kompleksinin, Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin və Qida Təhlükəsizliyi Agentliyinin Qida Təhlükəsizliyi İnstitutunun Lənkəran Regional Sınaq Laboratoriyasının, Qax Damazlıq İpəkçilik Stansiyasının, "Ulu Aqro” MMC-nin Qax Aqroparkının, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki "Qarabağ Atçılıq Təsərrüfatı” MMC-nin Ağdamdakı Qarabağ Atçılıq Kompleksinin açılış mırasimləri olub.
Əlbəttə ki, bütün bunlar aqrar sektora göstərilən diqqət və qayğının təzahürüdür. Ötən il görülən işlər, yeni fəaliyyətə başlayan müəssisələr onu deməyə əsas verir ki, bu il aqrar sektorda mühüm nailiyyətlər əldə olunacaq.
-
Sosial16:50
İstintaqın ilkin nəticələri: Təyyarəmiz bu sistemlə vurulub
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi