Sosial
AZTV-nin yeni rəhbəri kimdir: idman şərhçisi, müəllim... - DOSYE
Xəbər verdiyimiz kimi, Prezidentin sərəncamı ilə Arif Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib və onun səlahiyyətlərini hazırda jurnalist Rövşən Məmmədov icra edir.
Publika.az xəbər verir ki, R.Məmmədov (Raqif oğlu) Azərbaycanda diaspor mətbuatının tədqiqatçılarındandır.
Bundan əvvəl Lider TV "İdman və vətənpərvərlik redaksiyası"nın rəhbəri, “Carçı” informasiya proqramı redaksiyasında redaktor vəzifələrində çalışıb.
Azərbaycan Universitetində “Radio və televiziya jurnalistkasının əsasları”, “KİV-də marketinq və reklam”, “Multimedia jurnalistikası” fənlərini tədris edir.
BDU Jurnalistika fakültəsinin məzunu, 2000-ci ildən Lider TV-nin əməkdaşı olub.
Bakı Slavyan Universitetində urnalistikaya dair ixtisas fənlərini tədris ediib. “Müstəqillik illərində Avropada Azərbaycan diaspor mətbuatı və milli ideologiya məsələləri” adlı elmi işi ilə PhD dərəcəsi alıb. 10-dan çox elmi məqalənin, 3 kitabın (Azərbaycan diasporu və milli mətbuat, Avropada Azərbaycan diaspor mətbuatı, Lider jurnalist) müəllifidir.
Hazırda AzTV-nin efirində gedən "Günün nəbzi" və "Həftə" analitik proqramı Rövşən Məmmədovun təqdimatında yayımlanır.
O, 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı” ilə təltif olunub.
-
Dünya02:44O da vəzifəsindən ayrılır
-
Region02:18ABŞ hücum etdi, İranda bir gündə 35 nəfər öldü
-
Qoroskop01:40Günün ulduz falı: Kompromisə getmək xeyrinizə olacaq
-
ABŞ15 İyul 23:55ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başladı
-
Magazin115 İyul 21:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az15 İyul 20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə15 İyul 20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal15 İyul 19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?










.jpg)
























