Sosial
"Ölkəmizdə biznes mühiti ilə bağlı çox münbit şərait var" - Millət vəkili
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla icra edilib. Dövlət Proqramının icrası ilə bağlı ötən 5 ildə qarşıya qoyulan bütün vəzifələrdə müvəffəqiyyət əldə edilib.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.
Millət vəkili Dövlət Proqramından irəli gələn vəzifələrin icrası nəticəsində ölkədə son illərdə yeni iş yerlərinin açıldığını, əmək haqları və pensiyalarda artımın müşahidə edildiyini bildirib:
“Dövlət Proqramının icrasının yekunlarına həsr edilmiş tədbirdə çıxış edən Prezident İlham Əliyev uğurlarla yanaşı qarşıda duran vəzifələrdən söz açdı. Bu tədbirlər nəticəsində ölkədə bir çox sahələrdə uğurlar əldə edilib. Dünənki görüşdə sahibkarların da iştirak etməsi dövlət tərəfindən onlara verilən dəstəyin bir nümunəsidir. Sahibkarlığın inkişaf etdirilməsi üçün ilk növbədə siyasi dəstək var. Bununla yanaşı qanunvericilik bazası, hüquqi normativ aktlar mövcuddur. Sahibkarlığın inkişafı üçün onlara maliyyə dəstəyi var. Onlara həm kreditlər verilir, həm də siyasi dəstək göstərilir. Xüsusilə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, bu sahənin daha da böyüməsi ilə bağlı bir çox qurumlar yaradılıb”.
Millət vəkili bildirib ki, ötən ilin sonunda Vergi Məcəlləsinə edilən dəyişikliklərin mahiyyəti sahibkarlara daha çox dəstək edilməsindən ibarətdir:
“Ölkəmizdə biznes mühiti ilə bağlı çox münbit şərait var. Beynəlxalq təşkilatlar da bunu təqdir edir. Dünya Bankının Douing Business hesabatında ölkəmiz 32 pillə irəliləyərək 25-ci yerə yüksəlib. Bu inkişafın əsas səbəbi ölkə başçısının sahibkarlığın inkişafına daim dəstək olmasıdır. Məhz onun tapşırığı ilə nazirlər və komitə sədrləri sahibkarları qəbul edib problemlərini dinləyir. Dövlətin əsas strategiyası ölkədə sahibkarlığın sahəsinin daha da genişləndirlməsidir”.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi












.jpg)




















.jpg)

.jpg)
