Sosial
"Güzəştli mənzil" almaq istəyənlərin NƏZƏRİNƏ - Rəy açıqladı...
Yanvarın 25-də Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1-5 saylı binaları üzrə 46 mənzil, həmçinin 6 və 7 saylı binalarında yerləşən 128 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib.
MİDA-dan Publika.az-a verilən məlumata görə, bu barədə "Ernst & Young" (“EY”) müstəqil beynəlxalq audit şirkətinin rəyində bildirilib.
Məlumata görə, “Güzəştli mənzil” sistemi “SOC 2” və “SOC 3” rəylərinə uyğun olaraq müstəqil beynəlxalq audit şirkəti "Ernst & Young" (“EY”) tərəfindən öncədən tam nəzarətə götürülüb və sistem üzərində davamlı olaraq müşahidə aparılıb. Bununla yanaşı, sistemin əlaqəli fəaliyyətini təmin etmək məqsədi ilə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) inzibati binasında MİDA-nın, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Nazirliyin Milli Sertifikat Xidmətləri Mərkəzinin və Regional Data Mərkəzinin, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Elektron Hökumətin İnkişafı Mərkəzi"-nin nümayəndələrindən ibarət operativ qərargah yaradılmışdır. Eyni zamanda, aidiyyatı qurumların məsul şəxslərindən ibarət xüsusi işçi qrup MİDA-ya və 108 Çağrı Mərkəzinə daxil olan vətəndaş müraciətlərinin operativ cavablandırılmasını təmin edib.
Seçim prosesi başa çatdıqdan sonra "Ernst & Young" şirkəti sistemdə aparılmış bütün əməliyyatları hərtərəfli təhlil edib və fevralın 7-də “Güzəştli mənzil” sisteminin fəaliyyətinə və keçirilmiş onlayn mənzil seçimi prosesinə öz müsbət rəyini təqdim edib.
Təqdim olunmuş rəyə əsasən, mənzillərin seçimi zamanı təhlükəsizlik, konfidensiallıq, proseslərin bütövlüyü (tam, etibarlı və dəqiq), əlçatanlıq və fərdi məlumatların qorunması (“Trust Services”, Güvənli xidmət” meyarları) kimi qabaqcıl beynəlxalq standartlara və “Güzəştli mənzil” sisteminin Əsasnaməsində qeyd edilən məqsəd və prinsiplərə (mənzilləri güzəştlə almaq istəyən şəxslər üçün mənzil seçimi prosesində bərabər şəraitin yaradılması, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsi və istifadəçilərin müraciətlərinin real vaxt rejimində qeydə alınması) əməl olunması təsdiq olunub.
"Ernst & Young" (“EY”) şirkətinin rəyi ilə ətraflı burada tanış ola bilərsiniz.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır








.jpg)




























