“BakuElectronics” alıcıları belə aldadır - ŞOK FAKTLAR
Bizi izləyin

Sosial

“BakuElectronics” alıcıları belə aldadır - ŞOK FAKTLAR

“BakuElectronics” in mağazasından ötən il dekabrın 30-da aldığım televizor xarab çıxıb. Lakin mağaza nə məhsulu geri qaytarır, nə də pulu geri ödəyir”.

Publika.az xəbər verir ki, bu barədə Azad İstehlakçılar İctimai Birliyinə Bakı şəhər sakini Samirə Xankişiyeva müraciət edib.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, dəfələrlə İqtisadiyyat və Vergilər Nazirliyinə məktublar göndərsə də bu şirkətdə istehlakçı hüququnun pozulması və kassa qəbzinin verilməməsi davam edir. Şirkətin “143” nömrəli telefonuna cavab verən şəxslər ancaq alıcıları başdan rədd etməklə məşğuldur.

S.Xankişiyevanın təşkilata müraciət məktubunu təqdim edirik:

“Mən və qohumum Əliyev Orxan Vilayyət oğlu 30.12.2018 tarixində, “BakuElectronics”in Azadlıq mağazasından(verdikləri zəmanət talonunda ünvan belə yazılıb) 3 ədəd televizoru nəğd pulla aldıq. 1 ədəd-LG 43uk8300PLB ARU -899 AZN,2 ədəd –SAMSUNG ue32N4500AUXRU hərəsi 489 AZN. Televizorları alanda bizə sadəcə zəmanət talonu verdilər, rəsmi sənəd kassa qəbzi verilmədi. Bizə demədilər ki qızıl zəmanət ala bilərsiz. Qohumum alt mərtəbəyə endi və orada ona televizorları açıb göstərdilər. Tez-tələsik sınığı, cızığı olmadığını dedilər. Qohumum da adi gözlə baxdı və qol çəkib təhvil aldı. Televizoru işə salıb işləyib-işləmədiyini bizə göstərmədilər. Onlar özlərini elə tərif etdilər ki, biz inandıq. Mağazanın işçiləri televizorları səliqəli şəkildə minik avtomobilinin arxa oturacağına yüklədilər və yeni aldığımız mənzilə gətirdik. Aldığımıza televizorları xalçanın üzərinə qoyduq. Qeyd edim ki, biz həmin mənzildə yaşamırdıq. O mənzilə yanvarın 27-də köçdük, yanvarın 19-da isə biz KATV şirkətinə kanalları qoşmaq üçün müraciət etdik. Televizorun ən böyük və bahalısını səliqəli açıb elektrikə qoşduq, lakin ekranında xətlər göstərdi. Televizorun xarab olduğunu anladıq. Bizə bilərəkdən qüsurlu televizor satmışdılar. Elə həmin gün televizoru yenidən mağazaya gətirdik. Məhsulun dəyişdirilməsini, ya da pulumuzun geri qaytarılmasını tələb etdik. Lakin tələbimiz yerinə yetirilmədi, bizi servisə rəy verilməsi üçün göndərdilər. Servisdə televizora zərbə dəydiyini dedilər. Halbuki üç televizoru eyni gətirdik və eyni yerdə saxladıq. Necə ola bilər ki,zərbə dəysin qutusu və televizorun özü tam sağlam vəziyyətdə qalsın, özü də ən bahalı televizorda baş verib. Servis bizə heç bir sənəd vermədi şifahi olaraq mağazaya məlumat verdilər. Mağazada bizə dedilər ki, “kamera görüntüsü var, televizor burada açılıb”. Bu bizə qarşı böhtan idi. 30 dəqiqə gözlədik sonra dedilər kamera görüntüsü silinib.Yanvarın 20-də “Baku Electronics”in Azadlıqdakı mağazasında şikayət ərizəsi yazdım. Mənə 5 gün ərzində cavab veriləcəyini dedilər. Bir ay onlardan cavab ala bilmədim. Hər gün 143 nömrəsinə zəng vurdum hər dəfə “bu gün əlaqə saxlayacaqlar” deyərək bizi bir ay doladılar. 143 telefonuna cavab verən xanım yalnız yalan danışıb müştərini “Elektronics”şirkətindən qorumaqla məşğuldu. Sonunda Xəyalə adlı bir xanım mənə zəng vurub dedi ki, “İstəyirsizsə məbləğin yarısını ödəyin sizə yeni televizor verək. Yaxud həmin televizoru təmir edək məbləğin yarısı sizdən, yarısı bizdən”. Yəni mən yenidən 500 AZN verməli idim ki, yeni televizor versinlər. Mən bununla razı deyiləm. Dövlət orqanlarına şikayət edəçəyimi bildirdikdə “Bizim öz qanunlarımız var, gedin kimə istəyirsiniz şikayət edin” cavabını verdilər. Televizor yanvarın 1-dən mağazadadır. Bir dəfədə mənə zənq olunmayıb, deməli dükanın iş prinsipi belədir “pulunu verdin rədd ol!”

Xahiş edirəm istehlakçı hüququmu qoruyasınız,televizor ya qüsursuz eyni markalı televizornan dəyişdirilsin ya da ödədiyim 899 AZN qaytarılsın.Bu barədə dövlət orqanlarına və KİV- lərə məlumat verilsin ki,insanlar aldadılmasınlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm