Sosial
Sosial xidmətlər üçün reyestr formalaşdı – Azərbaycanda İLK DƏFƏ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan “e-sosial” internet portalı ilə ölkəmizdə ilk dəfə olaraq sosial reyestr formalaşıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, reyestr Prezident cənab İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən hazırlanıb.
Portal vətəndaşlara onların ənənəvi və ya elektron formada dövlət sosial xidmətləri ilə bağlı nazirliyə (və ya nazirliyin aidiyyəti qurumlarına) müraciətləri əsasında onlarla bağlı toplanmış məlumatlara (əmək müaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya və s. üzrə) və dövlət sosial xidmətlərinə real vaxt rejimində operativ çıxış imkanı verir.
Onlar bu portal vasitəsilə nazirliyin aidiyyəti qurumlarına müraciət və sorğular göndərə, əmək, məşğulluq, sosial müdafiə, sosial sığorta üzrə elektron xidmətlərdən faydalana bilirlər.
“E-sosial” internet portalı vətəndaşlara, eyni zamanda, onların əmək, məşğulluq, sosial müdafiə hüquqlarının təminatı məsələləri ilə bağlı daimi nəzarət imkanı yaradıb.
-
İdman01:11Millətlər Liqası: İspaniya İngiltərəni səfərdə məğlub etdi
-
Qoroskop00:20Günün ULDUZ FALI - Sevgi həyatınız mükafatlandırıcı olacaq
-
Kriminal26 Sentyabr 23:24Siqnala görə qonşuların mübahisəsi faciə ilə bitdi
-
Kriminal26 Sentyabr 22:12Naxçıvan sakini arvadını və baldızını bıçaqladı
-
Magazin226 Sentyabr 21:48Məşhur aktrisa ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO
-
İdman26 Sentyabr 21:36Ayxan Abbasov millinin əsas məqsədini açıqladı
-
Sosial26 Sentyabr 20:48“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
ABŞ26 Sentyabr 20:12Kubaya qarşı hərbi əməliyyat başladılacaq? - ABŞ liderindən AÇIQLAMA












.jpg)






















.jpg)