Sosial
İnsan alveri ilə bağlı vacib tədbir - FOTO
DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi valideyin himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta İnternat məktəbin müəllim və şagirdlərinin iştirakı ilə “insan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda tədbir keçirib.
Publika.az-ın xəbərinə görə, tədbirdə DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı polis polkovniki Fuad Əliyev və İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının rəhbəri Ramiz Alıyev iştirak edib. Natiqlər sözügedən cinayət növü və onunla mübarizə mexanizmlərindən, dövlətimizin digər cinayət növləri kimi insan alveri ilə və onunla məşğul olan cinayətkarlarla da kəskin mübarizə aparıldığını bildirblər. Fuad Əliyev baş idarənin fəaliyyəti istiqqməti və görülən işlərlə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. Eyni zamanda DİN-nin insan alveri qurbanlarına kömək fondu və insan alveri qurbanlarının sığnacağı haqqında danışıb.
Ramiz Alıyev isə vətəndaş cəmiyyətinin bu yöndə apardığı fəaliyyət barəsində, görülən işlər haqqında çıxış edərək, eyni zamanda cənab Prezident tərəfindən təyin olunan İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun fəaliyyəti haqqında məlumat verib. O, Milli Koordinatorun bu cinayət növü ilə bağlı qətiyyət nümayiş etdirməsini xüsusi vurğulayıb. Natiq çıxışı zamanı bildirib ki, “hər bir Azərbaycan vətəndaşı insan alveri ilə mübarizədə hüquq-mühafizə orqanlarının yanında olmalıdır”.
Tədbir sual cavab ilə davam etdirilib və sonda DİN-nin çəkdirdiyi “Satılmış Həyat” filmi tədbir iştirakçılarına nümayiş olunub.
-
Sosial14:40"Telegram" bir gündə 100 mindən çox kanal və qrupu blokladı
-
Region13:17İranla ən çox ticarət edən 20 ölkə: Azərbaycan görün neçəncidir - SİYAHI
-
Rəsmi xronika12:57Prezident balaca Gülərin arzusunu belə reallaşdırdı - VİDEO
-
Region11:17Rusiyadan Türkiyəyə S-400 jesti: Bu ölkəyə satmasına mane olmayacaq
-
ABŞ10:20Tramp İran bataqlığında: ABŞ Yaxın Şərqdə müttəfiqlərinin etimadını itirir
-
Region09:49Ermənistan Aİİ-dən çıxsa, iqtisadiyyatı çökə bilər - Böyük zərbə xəbərdarlığı
-
Enerji09:00"Brent" markalı neft kəskin bahalaşdı
-
Magazin106:16Müğənni Dəniz yeni imici ilə müzakirə yaratdı - VİDEO








.jpg)


.jpg)

.jpg)























