Sosial
Xaricdə təhsil alan 19 yaşlı azərbaycanlıya FANTASTİK TƏKLİFLƏR
Dünyaca məşhur universitetlərdə təhsil almaq hüququ qazanan 17 yaşlı tələbəmiz Yasin Qarayev kimi uşaqlarımız az deyil. Hələ ötən il 19 yaşlı Cavid Əlizadə Böyük Britaniyada İmperial Kollecinə, London Universitet Kollecinə qəbul olub, ABŞ-ın Lafayette Kollecindən 74 min dollar tam təqaüd təklifi alıb.
Axar.az xəbər verir ki, bu barədə məlumatı iqtisadçı ekspert Qubad İbadoğlu paylaşıb.
O bildirib ki, Cavid orta təhsilini Böyük Britaniyanın Kardif Sikst Form kollecində alıb:
“Cavid Əlizadənin 19 yaşı var. 2018-ci ilin dekabrında keçirilən SAT imtahanından 1550 bal (maksimum 1600-dür) toplayıb. Bundan sonra Böyük Britaniyanın İmperial Kolleci (dünya sıralaması - 8), London Universitet Kolleci (dünya sıralaması -10), Ekzer Universiteti (dünya sıralaması - 154), Avstraliyanın Monaş Universiteti (dünya sıralaması - 59), Türkiyənin Koç Universiteti, ABŞ-ın Alabama Universiteti (30 min dollar təqaüd), Lafayette Kollecinə (tam təqaüd - 74 min dollar) qəbul alıb.
ABŞ-ın dünyaca məşhur Yel Universiteti (dünya sıralaması - 15), Kolumbiya Universiteti (dünya sıralaması - 16) və Emerst Kolleci onu ehtiyat siyahısına salıb”.
İqtisadçı bildirib ki, belə savadlı, istedadlı gəncləri tanıtmaq lazımdır:
“Belə təqdimatlar yaxşı örnəklər yaradır, gəncliyə stimul verir, onları ruhlandırır, daha yaxşı nəticələrə sövq edir. Eyni zamanda cəmiyyət də görür ki, Azərbaycanın gələcəyi olan işıqlı gənclik yetişir və bu da hər birimizdə gələcəyə inam və ümidi artırır. Odur ki, gəlin belə gəncləri tanıyaq və bu məlumatı paylaşmaqla onları tanıdaq”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)





















.jpg)
.jpg)
