Sosial
Birinci qrup əlillərə qulluq edən şəxslər aprel ayında müavinətlərini nə üçün almayıb?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə verilən 11 manat məbləği aprel ayında ala bilməmələrinə aydınlıq gətirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil talıbovun Publika.az-a verdiyi məlumata görə, buna səbəb həmin şəxslər üçün bu ilin aprel ayından 50 manat təqaüdün təsis edilməsidir.
“Bildiyiniz kimi, I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər üçün aprelin 1-dən 50 manat təqaüd təsis edilib. Bu o deməkdir ki, həmin şəxslərin əmək pensiyası hesablanarkən onlara qulluq üçün əlavə edilmiş 11 manat məbləğ ayrıca formada 50 manatlıq təqaüdlə əvəz olunub.
Ona görə də I dərəcə əlilliyi olan şəxslərə may ayının pensiyası verilərkən aprel və may aylarının hər biri üçün həmin 11 manat (ümumilikdə 22 manat) dayandırılıb, bunun əvəzində isə may ayının təqaüdləri verilərkən I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə aprel və may aylarının hər biri üçün 50 manat (ümumilikdə 100 manat) ödəniləcəkdir.
Bunun üçün də I dərəcə əlilliyi olan şəxsləri narahat olmamağı tövsiyə edirik və yaxın günlərdə onlardan yalnız bir ərizə (onlara qulluq edənin kimliyini müəyyən etmək üçün) ərizə qəbul olunmaqla, aprel və may ayları üzrə 100 manat (50+50) təqaüdün ödəniləcəyini bildiririk”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)





















.jpg)
.jpg)
