Sosial
Azərbaycanda əməkhaqqı və pensiyaların artım cədvəli - İNFOQRAFİKA
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 2019-cu ildə əməkhaqqı və pensiya artımı ilə bağlı rəqəmləri açıqlayıb.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə cari ildə Azərbaycanda minimum əməkhaqqı 92.3 faiz artırılıb.

Dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında cari ilin oktyabrın 1-dən pensiyanın minimum məbləği 25 faiz artırılıb. Ümumilikdə, 660 min nəfəri əhatə edəcək pensiya artımı üçün illik əlavə olaraq 216 milyon manat ayrılacaq. Bununla da minimum pensiya 160 manatdan 200 manata çatdırılıb.

Prezidentin qanunvericilik təşəbbüsləri nəticəsində 2019-cu ildə Azərbaycanda minimum pensiya artımı 72.4 faiz artırılıb.

Dövlət başçısının 18 iyun 2019-cu il tarixli sərəncamı ilə minimum əməkhaqqı 40 faiz artırılıb. Ümumilikdə, 950 min nəfəri əhatə edəcək artım üçün dövlət büdcəsindən 780 milyon manat vəsait ayrılacaq. Artımdan sonra Azərbaycan minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə (PPP) MDB ölkələri arasında ikinci yerdə qərarlaşacaq.

Qeyd edək ki, bu artım sentyabrın 1-dən qüvvəyə minəcək.
-
Avto07:35Çindən avtomobil almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz
-
Kriminal9 Oktyabr 19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Dünya9 Oktyabr 19:30Türkiyəli iş adamının evinə silahlı basqın: 820 min dollarlıq sərvət oğurlandı
-
Elm və təhsil9 Oktyabr 18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə9 Oktyabr 18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
















.jpg)
.jpg)















.jpg)


